Şənbə , Dekabr 10 2022
Ana səhifə / Tibb / Ölümdən dönən xəstə doktor Mircəlal Kazımiyə təşəkkür etdi: “Məhz bu gündə…”

Ölümdən dönən xəstə doktor Mircəlal Kazımiyə təşəkkür etdi: “Məhz bu gündə…”

Füzuli rayonu Əhmədbəyli kənd sakini Şükurova Alimə Murad qızı Azinforum.az vasitəsilə onu yenidən həyata qaytaran həkim transplatoloq Mircəlal Kazımiyə minnətdarlıq ifadə etmək istədiyini bildirib. Alimə xanım bildirir ki, təşəkkür üçün məhz bu günü seçməsi təsadüfi deyil. Çünki onun qaraciyər köçürülməsi əməliyyatı məhz bu günə təsadüf edir: “Mənə çox ağır diaqnoz qoymuşdular. Bunun üçün əməliyyat olunmalıydım. Dedilər ki, belə əməliyyat etdirmək yalnız xaricdə, özü də çox böyük pulların müqabilində mümkün ola bilər. Bizim buna gücümüz çatmırdı. Mən həyatdan əlimi təmiz üzmüşdüm. Şükürlər olsun ki, ölkəmizdə belə əməliyyatı etməyi bacaracaq həkimin olduğunu öyrəndik. Mircəlal həkim ailəmizin büdcəsinə uyğun bir məbləğin müqabilində bu çətin əməliyyatı etdi və mənə yeni həyat verdi. Buna görə dəyərli həkimimizə dərin minnətdarlıq edirəm. Allah onu heç vaxt ölkəmizdən əksik etməsin. Qızıl əlləriniz daim var olsun, hörmətli həkim!”

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycanda tibbi sığorta ilə edilən ən bahalı əməliyyatlar – SİYAHI

İcbari Tibbi Sığortanın vətəndaşlar üçün ödənişsiz icra etdiyi mürəkkəb əməliyyatlardan ən bahalısı 24 min manatdır.Bakupost.az Azərbaycanda …