Azərbaycanda klinikaların morqlara, meyitxanalara, sallaqxanalara
çevrildiyi tez-tez baş verən ölümlərlə, həkim səhlənkarlığıyla bir daha
öz təsdiqini tapır.
Reportyor.info xəbər verir ki, növbəti həkim “terroru” “Oksigen” klinikasında olub.
“Oksigen”
klinikasında 10 gün əvvəl mədəsindəki şişdən əməliyyat olunan 70 yaşlı
Fazil Fətəliyevin vəziyyəti ağırlaşaraq dünyasını dəyişib.Xəstə
yaxınları cərrah Ruslan Həsənovu birbaşa günahkar hesab edir. Bu haqda
ətraflı bir qədər sonra…
Lakin
bu, “Oksigen” klinikasında ilk belə hadisə deyil. 1966- cı il
təvəllüdllü, Kəlbəcər qaçqını Orucov Bara sidik kanalına 6 mm ölçüdə daş
düşməsi səbəbindən “Oksigen” klinikasına üz tutub.
Barat
Orucovun yaxınının dediyinə görə, bu ilin mayın 18-də “Oksigen”
klinikasında onu Vüsal adlı həkim əməliyyat edib və daşı xaric ediblər.
Lakin əməliyyatdan sonra Barat Orucovun vəziyyəti kəskin ağırlaşıb.
Xəstə
bir neçə başqa yerdə müayinədən keçib və məlum olub ki, əməliyyat vaxtı
həkimlərin səhvi səbəbində onun orqanizminə infeksiya düşüb.
Digər
bir fakt: 2016-cı ildə Biləsuvar sakini, 1984-cü il təvəllüdlü Həsənov
Ramilin sözlərinə görə, “Oksigen” klinikasında əməliyyat stolunda onun
iki yaşlı qardaşı oğlu Həsənli Məhəmməd Amil oğlu ölüb.
Oğlanın
doğmaları uşağın həkimlərin məsuliyyətsizliyi ucbatından öldüyünü
bildirərək hüquq-mühafizə orqanlarına şikayət etmişdilər.
2012-ci
ildə isə Günel Səfərli adlı bir xanım klinikanın xaricdə təhsil alan
həkimi İlahə Quliyeva tərəfindən əməliyyat ediləndən sonra komaya düşüb.
Bundan
sonra, xəstə Mərkəzi Neftçilər, daha sonra isə Mərkəzi Kilinik
Xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.
Yəni,
“Oksigen” adı daşıyan və insanların oksigenini birdəfəlik alan bu tibb
ocağının demək olar ki, bütün tarixlərində ölüm faktları qeydə alınıb.
Məsələn,
25 yaşlı Ləman Əzizli və onun dünyaya gətirdiyi körpə də həkim
səhlənkarlığının qurbanı olub. O və körpəsi “Oksigen”dəəməliyyat
stolunda canını tapşırıb.
Adıçəkilən
tibb müəssisəsində Rauf Nəbiyev adlı şəxsin də başına olmazın
müsibətlər gətirilib. Öd kisəsində problemlərin olduğu deyilərək
əməliyyat olunması məsləhət görülüb.
Lakin
onun xərçəng xəstəsi olması nədənsə gizlədilib. Klinikanın cərrahı
Mübariz Əliyev tərəfindən əməliyyat olunan xəstənin öd kisəsində daha
dərin problemlər ortaya çıxıb.
Mərhumun
yaxınları tərəfindən 4 min manat ödəniş olunub, Nəbiyevin əməliyyatında
iştirak edən tibb personalı onun xərçəng xəstəsi olduğunu deməyib. Bu
isə sonda pasiyentin dünyasını dəyişməsilə nəticələnib.
***
Son
ölüm hadisəsinə gəlincə, mərhum Fazil Fətəliyevə müayinədən sonra
deyilib ki, mədəsində şiş var, təcili əməliyyat olmalıdır. Yaxınları
təfsilatı açıqlayıb: “Xəstə bu diaqnozun stressindən 1 həftə içində 10
kilo arıqlamışdı.
Fazil
dayım öz ayaqları ilə xəstəxanaya gedib, normal şəkildə…Əməliyyatdan 3
gün sonra evə yazılıb, amma 1 gün sonra ağrıları başlayıb.
Həkimə zəng ediblər, deyib keçəcək, amma bir neçə gün sonra ağrı dözülməz olanda klinikaya gediblər”,-deyə yaxını bildirib.
Növbəti müayinə zamanı məlum olub ki, əməliyyat yerinin tikişləri sökülüb, açılıb və daxili orqanlara çirk, su yığılır.
Şikayətçinin
sözlərinə görə, həkim özü səhvini etiraf edib: “Dedi aparatımız xarab
oldu, məcbur olub, əlimlə tikdim. Tikdiyi də belə….
Aparat
xarab olub deyə xəstəni əməliyyat otağında 7 saat saxlayıblar, bizə də
demirlər.Sonra xəstəni Əhmədlidəbir klinikaya aparıblar, 2-3 saat da
orada qalıb. 2000 manat da orada xərclənib.
Amma
Ruslan Həsənov öz səhvi, yarıtmaz işi ucbatından ağır vəziyyətə düşən
xəstəni təkrar öz klinikasına yatırmayıb, başqa həkimə göndərib. Çünki
görüb ki, vəziyyət ağırdır, savadı yetməyəcək.
Digər özəl klinikada 10 gün yatsa da, nə yemək yeyə bilirdi, nə su içə…Hər yeri şlanq idi, ciyərlərinə su gəlmişdi.
Elə şlanqlar üzərində ola-ola da evə yazdılar. Amma evdə daxili qanaxma baş verdi, sabahı yenidən reanimasiyaya yerləşdirdilər.
Bir
sözlə, başına gəlməyən qalmadı. Narkoz altında yaranı yenidən açıb
yandırmaqla qanaxmanı saxlamaq istədilər, xəstə çox zəifləmişdi deyə,
üçüncü narkozdan ayılmadı. Beləcə, onu gözümüz görə-görə itirdik.
Xəstənin bədəni dəlik-deşik idi”.
Xəstə
yaxını deyir ki, mədədəki əməliyyat üçün “Oksigen” klinikasına 5000
manatverilib. Bu məbləğ mədədən şişi götürmək üçün bahadır.
“Onun
fikri-zikri pul idi. Xəstə ağırlaşanda dedilər pul da verərik, təki
ölməsin, boynundan atdı. Sonrakı klinikada çəkilən xərcləri isə demək
istəmirik, dəhşət böyük məbləğ idi, amma hər şey boşuna getdi.
Bəlkə də Fazil dayım o şişlə 1 il yaşayacaqdı, amma bu özünə uzman deyən Ruslan Həsənovun səhvi ucbatından 1 ay yaşamadı”.
Qeyd
edək ki, klinika keçmiş deputat, ”Odlar Yurdu” universitetinin rəhbəri,
“Muğanbank”ınsəhmdarlarından biri Əhməd Vəliyevə məxsusdur. Biz sadəcə,
faktları təqdim etdik və görünür ki, hər il bu klinikada ölüm olmasına
söz verilib…
Həmçinin oxuyun
Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”
Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …