Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Tibb / Oftolmoloq Pərvanə Abdullayeva fəaliyyətini yeni açılan Bona Dea Beynəlxalq Hospitalında davam etdirəcək

Oftolmoloq Pərvanə Abdullayeva fəaliyyətini yeni açılan Bona Dea Beynəlxalq Hospitalında davam etdirəcək

Bu yaxınlarda Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlətimizin başçısına və birinci xanıma bu tibb müəssisəsi barədə məlumat verdilər. Bildirildi ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.

Hospitalın  binası stasionar və diaqnostik hissələrdən ibarətdir. Stasionar hissə yeddimərtəbəli, diaqnostik hissə isə dördmərtəbəlidir. Hospitalda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mama-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və boğaz xəstəlikləri, göz xəstəlikləri, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, şüa diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi bütün əsas tibbi xidmət sahələri fəaliyyət göstərəcək. Hospital 206 çarpayılıqdır. Təcili tibbi yardım şöbəsi isə 12 yerlikdir.

Azinforum.az olaraq bildiririk ki, Bona Dea Beynəlxalq Hospitalında əcnəbi və yerli həkimlərdən ibarət peşəkar həkim komandası fəaliyyət göstərəcək. Tanınmış oftolmoloq Pərvanə Abdullayeva da öz fəaliyyətini bu hospitalda davam etdirəcək.

Çinarə,

Azinforum.az

 

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …