Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Tibb / Nazir: “Uşaqların 97 faizi dövlət tərəfindən peyvənd edilib”

Nazir: “Uşaqların 97 faizi dövlət tərəfindən peyvənd edilib”

Kütləvi peyvəndləmə, həyata keçirilən tədbirlər hesabına qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstəliklər, epidemiyalar Azərbaycandan yan keçir. Hazırda ölkədə uşaq əhalisinin 93-97%-i dövlət səviyyəsində həyata keçirilən 11 peyvəndlə əhatə edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunu nazir Oqtay Şirəliyev Nazirlikdə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda deyib. Nazir deyib ki, Dövlət tərəfindən bir sıra istiqamətlərdə səhiyyə üzrə dövlət proqramları qəbul edilib.

“Bu proqramlar ilk növbədə inlarlar üçün həyati təhlükə yaradan sahələrdə icra edilib. O cümlədən, xronoki böyrək çatışmazlığı sahəsində əhaliyə xidmət etmək üçün 26-sı regionlarda yerləşən, 34 dializ mərkəzi istifadəyə verilib. Məlum olduğu kimi, 245 min şəkərli diabetdən əziyyət çəkən insan dövlət tərəfindən zəruri dərman vasitələri və nəzarət aparatları ilə təmin edilir”.

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …