Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Tibb / Nazir müavini xaricdən cəlb edilən həkimlərdən danışdı

Nazir müavini xaricdən cəlb edilən həkimlərdən danışdı

“Artıq dünyada bütün səhiyyə sistemləri pandemiya dövrü ilə ayaqlaşaraq, səhiyyə sistemlərinin dayanıqlı fəaliyyətini təmin etmək üçün öz strategiyalarını dəyişməkdədirlər”.

Bunu AZTV-nin efirində yayımlanan “Hədəf” verilişində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.

O bildirib ki, infeksiyanın yayılması, onun idarə edilməsi ilə bağlı səhiyyənin digər xəstəliklərə yönəlmiş tədbirləri bir çox ölkələrdə zəifləyib:

“Gözəl infrastruktura malik olan xəstəxanalar ola bilər, həmin xəstəxanalarda fəaliyyət göstərən kadr potensialı müasir tələblərə cavab olaraq yeni müalicə üsullarından istifadə edərək, əhaliyə xidmət göstərməlidir. Pandemiya dövründə ölkə başçısı tərəfindən kadr hazırlığına xüsusilə böyük diqqət yetirilib. Cənab Prezidentin sərəncamı ilə ölkəmizə bir neçə ölkədən – Çin, Türkiyə, İtaliya, Rusiya və Kubadan tibbi heyətlər dəvət olundular.

Bizim mütəxəssislərlə bərabər olaraq, yenidən qurulmuş modul tipli xəstəxanalarda və istifadəyə verilmiş ən müasir klinikalardan biri olan “Yeni Klinika”da fəaliyyət göstərdilər. Bu fəaliyyətin nəticəsi olaraq, bizim mütəxəssislər qabaqcıl təcrübəni mənimsədilər. Biz onun nəticəsini ölüm sayılarının aşağı düşməsində və xəstəxana daxilində xəstəxanaya qəbul olunan COVID-19 infeksiyasına yoluxmuş insanların müalicəsinin effektivliyinin yüksəlməsində gördük”.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …