Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Tibb / “Nərimanov Tibb Mərkəzi”nin baş direktoru Fazil Alməmmədovun “koronavirus biznesi”…

“Nərimanov Tibb Mərkəzi”nin baş direktoru Fazil Alməmmədovun “koronavirus biznesi”…

Fazil Alməmmədov  həkimlərin əlavə əmək haqqını niyə  vermir..? 

Həkim Hökümə Nəbiyeva  dövlət qurumlarına  müraciət etdi…

Fazil Məmmədovun  maliyyə fəaliyyəti yoxlanılmalıdır ..



Məlumdur ki, koronavirus  pandemiyası  zamanı  xəstələrə  qulluq edən həkimlərin  risk altında olmasını  nəzərə alaraq  onlara əlavə əmək haqqı hesablanması barədə hökumətin  qərarı olub. 
Unutmayaq ki, koronavirus  xəstələri ilə təmas  nəticəsində  həkimlərimiz dünyasını dəyişdi. 
Yəni bu əlavə əmək haqqı  boş yerdən verilmirdi. Bunun  ciddi əsasları var idi. 
Hətta  həmin dövrdə  Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarı olub. Bu müddət  bir neçə dəfə uzadılıb. 
Təəssüf ki,  dövrü mətbuatda  həkimlərin əlavə əmək haqqını ala bilməməsi  ilə bağlı xeyli sayda faktlar var. 
Əgər belə faktlar 1-2 olsaydı, düşünərdik ki, təsadüfdür. Amma, koronavirus adı altında  səhiyyə  müdirləri xeyli miqdarda dövlət  vəsaitini mənimsəyiblər.  
Redaksiyamıza müraciət edən həkim də məhz bu problemdən bəhs  edir.
Söhbət  Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 83, mənzil 22-də yaşayan, vətəndaş  Nəbiyeva Hökümə Vəli qızının şikayətindən gedir. 
Vətəndaşın şikayətini olduğu kimi dərc edirik. 
 “ Mən,  Nəbiyeva  Hökümə  Vəli qızı, “Nərimanov Tibb Mərkəzi”nin  Uşaq Yoluxucu  Xəstəliklər Xəstəxanasında  provizor-həkim  vəzifəsində  işləyirəm.
Azərbaycan Respublikası  Prezidentinin 18 mart 2020-ci il tarixli 112 nömrəli “Yeni növ Koronavirus ( COVİD-19 )  infeksiyası ilə  mübarizə  tədbirlərində  iştirak edən  tibb işçilərinin əmək haqqlarına  müddətli əlavənin  müəyyən edilməsi barədə” Qərarın  1.1 bəndinə  uyğun olaraq  vəzifə maaşının  3 misli  məbləğində  əlavə əmək  haqqını  2021-ci ilin noyabr  ayına kimi almışam. Sonrakı dövrlər  üçün əlavə ödənişləri  “Nərimanov  Tibb Mərkəzi”nin  baş direktoru  Fazil  Alməmmədov ödəməkdən imtina edir. 
Belə ki, çalışdığım  aptekin yerləşdiyi  kabinet  təhükəli “sarı”   zonada  yerləşir  və bu  səbəbdən  iş günü ərzində    1 saat  iş vaxtı  yox,  6 saat  iş vaxtı  koronoavirus  infeksiyası  zonasında  çalışmışam. 
Azərbaycan Respublikası  İcbari Tibbi Sığortası  üzrə Dövlət Agentliyindən  bildirilir ki, guya mən gündəlik  maksimal  1 saat  iş vaxtı  koronavirus  infeksiyası ilə mübarizə çərçivəsində  tibbi profilaktik  tədbirlərində iştirak etmişəm. 
Necə olur ki,  xəstələrlə təmasda olmayan  mənim iş otağımdan  kənarda  yerləşən  sahələrdə  işləyənlər  əlavə ödənişlər alır, amma mənə olmaz..? 
Bir saatdan sonra mən küçədə oturmalıyam..?
Hörmətli Alməmmədova rəsmi müraciət  etməyimə baxmayaraq, müraciətimə  cavab o yana, heç qəbul etmədi. Bu cənabın köməkçisi, müxtəlif cangüdənləri var. 
Bu cangüdənlər  heç vətəndaşı  “Hörmətli Alməmmədova”  yaxınlaşmağa qoymurlar. 
Cənab Prezident  İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd etmişdir ki,  “məmurlar xalqın  xidmətçiləri olmalıdır” .
Ancaq  cənab  Alməmmədov  özünü bir oliqarx kimi aparır, elə bil ki, bu boyda səhiyyə təşkilatı onun şəxsi əmlakıdır. 
Mən xahiş edirəm ki, bu məmurun maliyyə fəaliyyəti yoxlanılsın. 
Xəstəxananın  aptekində  orta təhsilli  əczaçı ştatı boş olduğuna görə, mən iki nəfərin işini görmüşəm. 
Alməmmədov rəhbər işçi kimi, hər bir işçiyə  qərəzsiz yanaşmaq əvəzinə, mənimlə “prinsip”  aparır, hər vasitə ilə  hüquqlarımı  tapdalamağa çalışır. 
Bütün bunları nəzərə alaraq, ölkə qanunlarına əsaslanaraq,  mənə çatası əlavə əmək haqqı ödənişlərinin ödənilməsinə  kömək etməyinizi xahiş edirəm. 
Redaksiyadan: Xeyli müddət ərzində  həkim Hökümə Nəbiyevaya  Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Dövlət Agentliyinin, yaxud TƏBİB-in verdiyi  rəsmi cavablara baxanda düşünürsən ki, səhiyyə sistemi  bərbad durumdadır. Yəni həkimə konkret cavab verən yoxdur, ancaq ümumi sözlər. Bu hal uzun müddət davam edə bilməz. Bir gün bu rüşvət çanağı başınızda çatlayacaq. 
Qarşı tərəfin  mövqeyni dərc etməyə hazırıq. (Gundelik-baku.com)

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …