Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Tibb / Miqren xəstələri bu qidaları əsla yeməsin- SİYAHI

Miqren xəstələri bu qidaları əsla yeməsin- SİYAHI

Baş ağrıları gündəlik iş əmsalımıza mənfi təsir edir. Ən dəhşətlisi isə miqren tutmalarıdır. Miqren – başın bir və yaxud nadir hallarda hər iki hissəsini əhatə edən güclü, əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur.

Medicina.az miqrendən əziyyət çəkənlər üçün xüsusi tövsiyələri təqdim edir.

Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmış növüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur.
Bəs miqrenə səbəb olan qidalar hansılardır? Bu əzablı ağrılardan xilas olmaq üçün nə etməliyik?

Əksər qidaların tərkibindəki baş ağrısına səbəb olan kimyəvi maddələr:

• Tiramin
• Histamin
• Feniletilamin
• Mono Sodium Glutamate
• Nitratlar
• Nitrittər
• Alkaqollu içkilər
• Kofein

Tiramin metabilizmdə çox rast gəlinən amin növüdür. Qan təzyiqinin artmasına səbəb olur və miqren ağrısını şiddətləndirir. Tiramin kiflənmiş pendirdə, qurudulmuş və ya fermentləşdirilmiş ət məhsullarında, soya sousu, sitrus meyvələri, konservləşdirilmiş ərzaqlarda, yerfıstığı və spirtli içkilərdə yüksəkdir.

Feniletilamin farmakoloji baxımdan tiraminlə eyni təsirə malikdir. Kakaonun tərkibində olan bir maddədir. Şokoladda kofein, feniletilamin və s. kimi kimyəvi maddələr noradrenalin ifrazını və serebral qan dövranını dəyişdirərək, baş ağrısına səbəb ola bilər.

Monosodium qlutamat qlutamik turşunun sodium duzudur. Hazır şorba, konservləşdirilmiş ət, konservantlar, tamat və s. kimi çox hazır yeməklərə daxildir.

Kofein qəhvə, çay, şokolad və s. ərzaqlara daxil edilən kofeinin təsiri qəbul edilən dozaya görə dəyişir. Kofein qan-beyin bariyerindən keçir və beyində 20 dəqiqəlik terapevtik səviyyəyə çatır. Daimi yüksək kofein qəbulunun anidən azalması da baş ağrılarına səbəb olur.

Aclıq serotonin hormonlarının azalmasına və stress hormonlarının ifrazına təsir göstərir. Bundan əlavə, hipoqlikemiya da ağrını şiddətləndirir. Araşdırmalar nəticəsində məlum olub ki, qlutensiz pəhriz miqren hücumlarını azaldır. Ekspertlər iddia edir ki, qluten toksik təsiri nəticəsində bir çox nevroloji simptomlara səbəb olur.

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …