Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Tibb / Meyit donordan bu orqanlar köçürülə bilər – SİYAHI

Meyit donordan bu orqanlar köçürülə bilər – SİYAHI

Azərbaycanda transplantasiya obyekti olan orqan və toxumaların siyahısı dəqiqləşdirilib.

“Report” xəbər verir ki, bu, yeni hazırlanan “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 6-cı (Transplantasiya obyekti olan orqan və toxumaların siyahısı) maddəsinə əsasən, meyit donordan transplantasiya məqsədi ilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.

Canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Azərbaycanda ksenotransplantasiya (İnsan orqanlarının heyvana, yaxud heyvan orqanlarının insana köçürülməsi) elmi-tədqiqat işləri istisna olmaqla, qadağandır.

Həmçinin oxuyun

“Baku City Hopsital”dan şikayət: – “Ayağıma baxmadan dedi, əməliyyat lazımdı”

Bakı sakini Lətifə Civəzadə “Baku City Hopsital”dakı şərait və xidmətdən şikayətçidir.Şikayətçi deyir ki, “Baku City …