Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / Tibb / “Medera” klinikasının həkimləri ağır cinayət əməlində ittiham olundular-Baş prokurora müraciət

“Medera” klinikasının həkimləri ağır cinayət əməlində ittiham olundular-Baş prokurora müraciət

Baş Prokurora müraciət edən Vəfa Qafarova iddia edir ki, onun atası Ramiz Süleymanov həkim-neyrocərrah Əlosman Qədimbəyli tərəfindən heç bir zərurət olmadan, həm də uğursuz əməliyyat olunaraq fəlc vəziyyətinə düşüb! Bütün bu sarsıdıcı açıqlamalar bu günlərdə redaksiyamıza daxil olmuş oxucu məktubunda öz əksini tapıb. Daha dəqiq desək, Vəfa Qafarovanın müraciəti şəxsən Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova ünvanlanıb. Həmin müraciətlərin bir nüsxəsi də redaksiyamıza təqdim olunub. Vəfa xanım deyir ki, bu məlumatları kütləvi informasiya vasitələri ilə ictimailəşdirməkdə əsas məqsədi insanları bacardığı qədər xəbərdar etmək və “Medera” klinikasına müraciət edən xəstələri həkim-neyrocərrah Əlosman Qədimbəylinin nümayiş etdirdiyi reklam xarakterli, saxta video-çarxlara inanmamağa çağırmaqdır.

Beləliklə, Vəfa Qafarovanın Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanladığı müraciətini olduğu kimi təqdim edirik:   “Azərbaycan Respublikasının Baş Prokuroru,  I dərəcəli dövlət ədliyyə müşaviri,  cənab Zakir Qaralova Hörmətli cənab Baş Prokuror!Sizə müraciət edərək bildirirəm ki, hal-hazırda “Medera” klinikasında işləyən (əvvəllər “Milana Hospital”da işləmiş) həkim-neyrocərrah Əlosman Qədimbəyli bir qrup həmkarlarından ibarət cinayətkar şəbəkə yaradaraq, dələduzluq və insanların sağlamlıqlarına ciddi ziyan vurmaq (zəruri olmayan, özünü doğrultmayan və düzgün aparılmayan cərrahi əməliyyatlar və digər müalicə prosedurları ilə) əməlləri ilə məşğuldur. Əlavə etdiyim qoşmada atam Süleymanov Ramiz Salman oğlunun 2016-cı ildən Əlosman Qədimbəylinin əməllərindən dolayı necə fəlc olaraq, yataq xəstəsinə çevriməsi, həmçinin bu illər ərzində bizə dəymiş külli-miqdarda maddi və mənəvi ziyan barəsində təfsilatı ilə məlumat vermişəm.Hörmətli cənab Baş Prokuror.Sizdən bütün ailəmiz adından xahiş edirəm ki, həkim-neyrocərrah Əlosman Qədimbəylinin və onun yaratdığı şəbəkəyə daxil olan digər həkimlərin fəaliyyətlərinin araşdırılması barədə aidiyyatı olan qurumlara göstəriş verəsiniz. Biz ailəlikcə əminik ki, bu şəbəkənin bundan sonrakı cinayətkar əməllərinin qarşısının alınması və indiyədək törətdikləri əməllərinə görə qanun qarşısında məsuliyyətə cəlb olunmaları üçün bütün müvafiq tədbirlər görüləcəkdir.Hörmətlə,  Vəfa Qafarova Əlosman Qədimbəyli  İknci vərəqdə isə, Vəfa Qafarova irəli sürdüyü ittihamlarl əsaslandırmaq üçün atasının başına gələnlər və bundan dolayı özünün də yaşamalı olduğu sarsıntılar barədə daha ətraflı məlumat verir: “Atam, Süleymanov Ramiz Salman oğlu, 2016-cı ildə ayaqda yanma, bel ağrısı, keyləşmə şikayəti ilə “Milana Hospital”da fəaliyyət göstərən həkim-neyrocərrah Əlosman Qədimbəyliyə muracət edib. Həkim Əlosman Qədimbəyli atamın vəziyyətinin ciddi olduğunu, onurğa implantı əməliyyatı olmasının zəruriliyini, əks təqdirdə fəlc olacağını söylədi.26.09.2016-cı il tarixində baş tutan əməliyyat üçün 4000 (dörd min) manat və bundan əlavə analiz və digər müayinələr üçün 1300 (min üç yüz) manat xərcimiz çıxdı. Əməliyyatdan öncə Əlosman həkim atama sağalacağını vəd etmişdi. Lakin atam xəstəxanaya normal vəziyyətdə yeriyərək getdiyi halda, əməliyyatdan sonra yerimə qabiliyyətini tamamilə itirdi və artıq üç il keçməsinə baxmayaraq, onun yerimə qabiliyyəti bərpa olunmadı. Bu üç il ərzində bizi çoxsaylı lazımsız müayinə və müalicələrə göndərən Əlosman həkim heç bir irəliləyişin olmadığını görəndən sonra mövqeyini dəyişdi. Bizə son sözü bu oldu: “Bu neyropatik ağrılardı. Siz hansi həkimə getsəniz də, harda əməliyyat elətdirsəniz də, Quran gətirin əl basim ki, atanız yeriməyəcək.” Hansı ki, xəstəxanaya özü yeriyərək gəlmiş atam bilavasitə Əlosman həkimin elədiyi əməliyyat nəticəsində fəlc olub. Son vaxtlar isə, bu həkim, hətta zənglərimizə belə cavab vermir.Yeri gəlmişkən, Əlosman həkim bir dəfə söhbət əsnasında demişdi ki, atamın uğursuz əməliyyatını Bəhmən adlı digər bir həkimlə həyata keçirib. Mən özüm apardığım araşdırma nəticəsində müəyyən etdim ki, əməliyyatı Bəhmən Yadigarov həyata keçirib. İndi Əlosman həkim iş yerini dəyişərək “Medera” hospitalında çalışır. Burada da o, özünəməxsus bir şəbəkə yaradaraq, yenə də xəstələrdən pul qoparmaqla məşğuldur. O cümlədən bizi də müxtəlif həkimlərə ötürərək, bizə yenidən maddi və mənəvi ziyan vurmuşdur.  Belə ki, ilk öncə o, bizi həmin klinikada (“Medera”da) çalışan Qəhrəman həkimə yönləndirdi. Müəyyən miqdarda pul ödədikdən və heç bir nəticə əldə etmədikdən sonra, bu dəfə də bizi həmin klinikaya Türkiyədən gəlmiş neyrocərrah Kamran Ağayevin qəbuluna göndərdilər. Kamran Ağayev: əməliyyat uğurla keçmişdir, ama mən olsam ondan aşagıdakı fəqərəni əməliyyat edrdim – deyərək, bizi daha bir əməliyyat üçün Türkiyəyə dəvət etdi. Amma biz bu dəfə növbəti fəqərənin çıxarılmasından ehtiyat edərək, daha bir başqa həkimə müracət etdik. Məlum oldu ki, əslində atama ümumiyyətlə implant gərəkmirmiş.Yəni əməliyyat səhv olmuş, atamın səhhətində olan problemlə heç bir əlaqəsi yox imiş. Müayinə əsnasında məlum oldu ki, əməliyyat zamanı onurğaya bağlanan “şurup” əyri bağlanaraq siniri zədələyib.Üç il ərzində əziyyət çəkən atamı fiziki şikəst qoymuş, bizə həm maddi, həm də  mənəvi ziyan vurmuş  Əlosman Qədimbəyli isə, bu gün də  guya əməliyyatdan bir neçə saat sonra ayağa qalxıb gəzən xəstələri lentə alaraq, gözləmə zalında boyük monitorda nümayiş etdirərək, özünü reklam edir. Görəsən niyə əməliyyatdan 5-6 saat sonra heç bir şey olmamış kimi gəzən xəstələr sırasında mənim atam olmadı? Niyə o, artıq 3 ildi ki, yataqda ağrıdan ağlayaraq əzab cəkir? 

Vəfa Qafarova,”Yeni Sözçü” qəzeti

P.S.Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq

Həmçinin oxuyun

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı düşündürücü məqamlar ortaya çıxır

“Gələn il sosial-iqtisadi mövzular içərisində ən qızğın müzakirə edilən məsələlərdən biri də icbari tibbi sığortanın …