Şənbə , Aprel 20 2024
Ana səhifə / Tibb / Masallı səhiyyəsində rəzalət – Vətəndaşlar həkim tapmadığı üçün, Lənkərana gedir…

Masallı səhiyyəsində rəzalət – Vətəndaşlar həkim tapmadığı üçün, Lənkərana gedir…

Masallı rayon sakini Mahir Qurbanzadə Azinforum.az -a müraciət edərək, rastlaşdığı haqsızlıqdan bəhs edib. Onun sözlərinə görə, fevralın 5 – i səhər saat 6 radələrində 1 yaş yarımlıq uşaqda urək bulanma baş verib və hadisə 10-15 dəqiqə ərzində daha tez- tez təkrarlanıb: “Saat 06:38- də 103 Masallı təcili yardım çağrı mərkəzin yığdım və uşağın xəstə olduğu üçün həkim lazım olsuğun bildirdim. Zəngə Arif adında bir nəfər cavab verdi, uşağa baxacaq həkimin olmadığını bildirdi. Tələm- tələsik uşağı maşınla Boradigah qəsbəsindəki xəstəxanaya apardım. Xəstəxanada uşağa baxacaq həkim tapmadım. Saat 07:11 də təkrar 103 çağrı mərkəzin yığdım və Boradigah xəstəxanasında olduğumu dedim. Həmin yerdə heç kimin olmadığın bildirdim, kömək etmələrin istədim. Uşağın get-gedə halının ağırlaşırdığın bildirdim. 103 çağrı mərkəsindən Arif adında şəxs bildirdi ki, Boradigahda növbətçi var. Uşağı Lənkərana aparmalı oldum. Lənkərana çatana kimi körpə yarımcan olmuşdu. Lənkəran xəstəxanasında bütün həkimlər yerində idi. Sağ olsunlar hər şeyi etdilər və uşağı həyatda saxladılar. Lənkəran xəstəxanasında həkimlər gecə növbəsi oyaq olan halda, Masallıda bir həkim tapa bilmədim. Səhiyyə Nazirliyin 9103 qaynar xətində zəng etdim cavab verən olmadı. E -mailinə məktub yazmaq olmur. Səhiyyə Nazirindən sizin vasitənizlə tələb edirəm ki , mənim şikayətimə cavab versinlər. Bir nazirliyin həkimi yoxdursa, qaynar xətdi və e -maili işləmirsə, o səhiyyə kimə lazımdır? “

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …