Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Tibb / Məşhur dərmanın müəllifi olan alim: “70 yaşım var, mal-mülk istəmirəm ki, adımı versinlər”

Məşhur dərmanın müəllifi olan alim: “70 yaşım var, mal-mülk istəmirəm ki, adımı versinlər”

Tibb Universitetinin müəllimi, farmakoloq alim Aydın Əliyev ona lazımi dəyər verilmədiyindən şikayətlənib. 

Alim Cebhe.info-ya bu barədə danışıb.

Bildirib ki, “Meksidol” adlı dərmanın həmmüəllifi olduğu halda, indiyədək bununla bağlı ona heç bir ad verilməyib:

“Mən “Meksidol” adlı dərmanın həmmüəllifiyəm. 1985-ci il 13 dekabr SSRİ Səhiyyə Nazirliyinin Farmkomitetində 21 saylı protokol əsasında eksperimental adı “Oksipin” olan preparatın (“Meksidol”) epilepsiya əleyhinə psixiatriyada işlənməsinə icazə verildi. 

Bu, mənim tədqiqatım idi. Mən rus alimləri ilə birlikdə SSRİ ilk antioksidant preparatının həmmüəllifi oldum. Sintetik maddələr tez tətbiq olunmur, 1996-cı ildə Rusiya tətbiq etdi. Mən də həmin elmi işi 1997-ci ildə Bakıda müdafiə elədim. Bu dərman Sovet hökumətində qaldı. Rusiya hökuməti öz alimlərinə 2003-cü ildə mükafat verdi.

Mənə deyildi ki, bunun qiymətini öz hökumətin verməlidir. Mən indi sizin vasitənizlə müvafiq orqanlara müraciət edirəm ki, həmin dərmanın həmmüəlifi vətəndaşınız Aydın Əliyevdir. Azərbaycan vətəndaşının da qiyməti verilsin. Mənim 70 yaşım var, mal-mülk istəmirəm ki, adımı versinlər. Necə olur ki, düşmən olan erməni məqalələrində adımı qeyd edir, dəyər verir, amma biz özümüzə dəyər vermirik? Mən baş aça bilmirəm”. 

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …