Cümə axşamı , İyul 2 2020
Ana səhifə / Tibb / Məşhur cərrah Mərkəzi Gömrük Hospitalından ayrıldı

Məşhur cərrah Mərkəzi Gömrük Hospitalından ayrıldı

Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tanınmış transplantoloq, ümumi cərrah  Mircəlal Kazımi pandemiya səbəbindən bu xəstəxanadan ayrılıb.

Bu barədə Modern.az-a M.Kazımi özü məlumat verib. O qeyd edib ki, Mərkəzi Gömrük Hospitalındakı işindən müvəqqəti olaraq ayrılıb:

“Bildiyiniz kimi, Mərkəzi Gömrük Hospitalı pandemiyalı xəstələr üçün ayrılıb. Bu çətin dövrdə  xəstəxana həqiqətən üzərinə böyük yük götürüb. Buradakı əməkdaşlar fədakarcasına xəstələrə xidmət göstərirlər. Xəstəxana yalnız COVİD-19 xəstələrini qəbul etdiyindən, digər xəstələrimizin, xüsusilə də qaraciyər və böyrək transplatasiyası əməliyyatına ehtiyacı olanların müayinə və müalicəsi üçün artıq Mərkəzi Klinikada fəaliyyət göstərirəm”.

Qeyd edək ki, M.Kazımi 2008-ci ildən 2018-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, 2018-ci il sentyabrın 28-dən etibarən isə Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətini davam etdirir.

Həmçinin oxuyun

Azərbaycanda tibb sahəsində kadr çatışmazlığı varmı? – Açıqlama

“Ümumiyyətlə, ölkəmizdə tibb sahəsində kadr çatışmazlığı yoxdur. Koronavirusdan əvvəl də tibb sahəsində həkim qıtlığı mövcud …