Bazar , Noyabr 29 2020
Ana səhifə / Tibb / Mərkəzi Klinika təcili tibbi yardım üçün şəhid anasından 100 manat istəyib

Mərkəzi Klinika təcili tibbi yardım üçün şəhid anasından 100 manat istəyib

Sosial şəbəkələrdə Yasamal rayonundan şəhid Elvin İslamovun anası üçün Mərkəzi Klinikadan çağrılmış təcili tibbi yardım avtomobilinə görə klinikanın 100 manat ödəniş tələb etməsi ilə bağlı məlumat yayılıb.

Azinforum.az Yeniavaz.com-a istinadən  xəbər verir ki, məlumatı şəhidin dostlarından Şahin Usubov yayıb: “29.10.2020-ci il, dostumuz, məhəllə uşağımız İslamov Elvin Elçin oğlu Yasamal rayonuna şəhid gəldi. Həmin gün axşam anasının halı pisləşdi və təcili tibbi yardım avtomobili çağırdıq. Avtomobillərin hamısının məşğul olması səbəbilə 2-3 saat gözlədikdən sonra Mərkəzi Klinikadan çağırdıq. Telefonu götürən operatora vəziyyəti başa saldıq. Nə bir baş sağlığı verdi, nə də “Allah rəhmət eləsin” dedi. İlk sözü o oldu ki, “bilirsiniz də, bizdə ödənişlidir, 100 azn, istəyirsiniz göndərək”. Göndərdilər, vaxtında gəldi, qapıda şəhidin şəklini də gördülər, yenə də baş sağlığı vermədilər. İlk sözləri “ödənişi kim edəcək?” oldu. Bizim imkanımız oldu, verdik. Bir otaqda 5 nəfər qalan şəhid ailəsi əgər verməyə pulu yoxdursa, ölməlidir?”.

Həmçinin oxuyun

Qorxulu yuxuların faydası

Yuxular insanları potensial olaraq təhlükəyə hazırlamağa qadirdir. Bu nəticəyə “Human Brain Mapping” jurnalında öz tədqiqatlarını …