Bazar , Yanvar 24 2021
Ana səhifə / Tibb / Leykemiyanın aşkar olunmayan əlamətləri

Leykemiyanın aşkar olunmayan əlamətləri

Qan xərçəngindən əziyyət çəkən pasiyentlərdə bir çoxu aşkar edilməyən bəzi simptomlar ortaya çıxa bilər.

Bu barədə “Leukemia Care” təşkilatına istinadən “Yexpress” yazıb.

Xüsusi halda, belə əlamətlərdən biri gecələr tərləmədir. Qeyd edilir ki, məhz həddən artıq tərləmə və qızdırma bu xəstəliyin əlamətlərindəndir.

Məlumata görə, digər xəbərdarlıq simptomları orqanizmin zəifliyi, yorğunluq, nəfəs darlığı, başgicəllənmə və ürək döyüntüsüdür. Bundan başqa, iddia edilir ki, leykemiya zamanı dəridə kiçik qançırlar, burun qanaxmaları, həmçinin diş əti qanamaları başlaya bilər.

Leykemiyanın simptomları yaşdan asılı olaraq fərqlənə bilər. Belə ki, 25-dən 54 yaşa qədər xəstələrdə böyük ehtimalla yorğunluq, qançırlar və ya qanaxmalar, infeksiyalara təkrar yoluxmalar, oynaqlarda zəiflik və ya təngnəfəslik, yüksək temperatur və ağrı hissi kimi əlamətlər ortaya çıxacaq.

Həmçinin 65 yaşdan yuxarı insanlar, daha qocalar tez-tez çəkinin azalması və ya limfa düyünlərinin artımını hiss edirlər. Report

Həmçinin oxuyun

Qlobal vaksin istehsalının 60 faizi Hindistanın payına düşür – Səfir

COVID-19 pandemiyası Hindistanın qlobal səhiyyə təchizatı sistemində etibarlı tərəfdaş kimi mövqeyini istehsal, araşdırma və inkişaf, …