Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Tibb / Koronavirusun müalicəsində istifadə olunan dərmanın ölümcül təhlükəsi

Koronavirusun müalicəsində istifadə olunan dərmanın ölümcül təhlükəsi

Koronavirus infeksiyasının müalicəsində istifadə olunan “Azitromisin” antibiotiki digər dərmanlarla birlikdə qəbul edilərsə, infarkta səbəb ola bilər. İllinoys Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra belə bir nəticəyə gəliblər.

Mütəxəssislər “Azitromisin” qəbul edən 44 milyon xəstənin məlumatlarını analiz ediblər. Məlum olub ki, bu antibiotiki ürəyin elektrik impulslarını təsir edən preparatlarla (təzyiq dərmanları, antidepresanlar, malyariya əleyhinə dərmanlarla) qəbul etmək ürək-damar sisteminin işinin pozulması riskini 40% artırır.

Alimlər bunun fəsadı kimi ürək dayanması, huşitirmə, ürək çırpıntısı və ürək tutmalarını göstəriblər.

Qeyd edək ki, bundan əvvəl amerikalı kardioloqlar həkimlərə ürəyin işini poza biləcəyi riski ilə “Xloroksin” və “Azitromisin” yazarkən diqqətli olmağa çağırmışdı.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …