Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Tibb / Koronavirusu simptomsuz keçirən insanlar virusun yayılmasını sürətləndirir – VİDEO

Koronavirusu simptomsuz keçirən insanlar virusun yayılmasını sürətləndirir – VİDEO

Xəstəliyi yüngül formada keçirən insanlar daşıyıcı kimi virusun yayılmasını sürətləndirir.

Bəzi hallarda xəstələr COVID 19 – a yoluxsalar da bu xəstəliyi simptomsuz keçirir. Belə vətəndaşlar özləri də bilmədən ətrafındakı insanlar arasında virusu yaymış olur. Nəticədə bır xəstə gün ərzində onlarla insanı yoluxdurmuş olur.

Bu fikirləri həkim infeksionist Natiq Əliyev deyib.

Onun sözlərinə görə, vaksinin hər iki dozasını vurduran şəxslər də xəstəliyi yüngül keçirir. Bu şəxslər yenidən yoluxduqda digər insanlar  üçün artıq daşıyıcı olurlar.

Həkimlər vətəndaşları virusun yayıldığı ilk günlərdə olduğu kimi qaydalara əməl etməyə çağırır. Yoluxma sayının artması virusun yenidən alovlanmasına və təkrar  qapanmalara səbəb ola bilər.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …