Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Tibb / Koronavirusa yoluxan xəstələrin qarnı üstə yatırılması effekt verir?

Koronavirusa yoluxan xəstələrin qarnı üstə yatırılması effekt verir?

ABŞ-da ciyərlərində 30 faiz və daha artıq “buzlu şüşə” olan pasiyentlərin kürəyi üstə yox, qarnı üstə yatırılması praktikası müəyyən effekt verir.

Bu tədbir xəstələrin reanimasiya şəraitnidən daha tez çıxmasına təsir göstərsə də, pnevmoniyanın inkişafının qarşısını almaq üçün o qədər də uğurlu nəticələr göstərmir.

Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş pulmonolqu Sergey Avdeyev bildirib ki, müstəqil nəfəs ala bilməyən xəstənin qarnı üstə yatırılıb-yatırılmamasından asılı olmayaraq, ölüm 40-50 faiz təşkil edir: “Bu vasitə sadəcə qanda kislorodun atrmasna təsir göstərir”.

Başqa bir mütəxəssis Aleksey Nikişnkovun sözlərinə görə, virus ciyərlərə 5-15 faiz təsir edəndə xəstəlik adətən simptomsuz keçir: “Belə vəziyyətdə xəstənin qarnı üstə yatırılmasının heç bir mənası yoxdur”,

Onun sözlərinə görə, bu poza orta-ağır vəziyyətdə olan xəstələr üçün nəzərədə tutulub. Cebhe.info

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …