Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Tibb / İrandan gələn iki nəfər Bakıda xəstəxanaya yerləşdirildi – Koronavirusa görə

İrandan gələn iki nəfər Bakıda xəstəxanaya yerləşdirildi – Koronavirusa görə

“İrandan Azərbaycana gələn iki nəfər koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə gətirilib”.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, həmin şəxslər 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı və 1998-ci il təvəllüdlü İran vətəndaşıdır.

O qeyd edib ki, onların virusa yoluxan insanlarla heç bir təmasları olmayıb: “Onlar həkim müşahidəsinə götürülüb, heç bir şikayətləri yoxdur, temperaturları da normaldır. Onlardan analizlər götürüləcək və nəticəyə uyğun qərar veriləcək”.

Həmçinin oxuyun

Mirkazım Seyidovun sağlıq durumu ağırdı – Heydər Əliyev Fonduna müraciət edildi

Tanınmış ictimai-siyasi xadim, Azərbaycan və Rusiya dövlətlərininin ali mükafatlarının laureatı Mirkazım Seyidov hazırda 1 saylı …