Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Tibb / İnfarkta səbəb ola biləcək vərdişlər

İnfarkta səbəb ola biləcək vərdişlər

Bir sıra vərdişlər ürək əzələsi olan miokardın infarktına gətirib çıxara bilər.

Bbunu ABŞ-ın Mayo Clinic təşkilatının mütəxəssisləri bildirib.

Onların sözlərinə görə, ürək problemlərinin yaranmasına təsir edən amillərdən biri gündəlik yeməkləri evdən kənarda yeməkdir. Restoran və ya kafedə insan daha çox qeyri-sağlam qidaları seçir. Ekspertlər çörək və kokteyllərdən imtina etməyi, daha sağlam içliklərə üstünlük verməyi, kiçik porsiyalar sifariş etməyi məsləhət görüblər.

Mütəxəssislər ürəyin sağlamlığı üçün həftədə ən azı iki-üç saat idmanla məşqul olmağı məsləhət görür. Bu, o cümlədən qan təzyiqini normaya salır və qanda xolesterini azaldır. Həkimlər spirtli içki qəbulunu məhdudlaşdırmağa və stressdən qaçmağa çağırıblar. AzVision.az

Həmçinin oxuyun

Azərbaycanlıların dözməyən ürəyi – öndə gələn ölüm səbəbi

Ötən il Azərbaycanda bütün səbəblərdən ölənlərin sayı 76878 nəfər olub. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına …