Amerikalı oftalmoloqlar tibbdə qeyri-adi bir hadisəni qeydə alıbllar: pasiyent erektil disfunksiya preparatının yüksək dozasından sonra ətrafı qırmızı rəngdə görməyə başlayıb.

Kişiyə toksiki retinopatiya diaqnozu qoyulub. Həkimlər 4 aydır bu xəstəliyi müalicə edə bilmir.
Kişinin qəbul etdiyi preparatın tərkibində olan Sildenafil potensiyanı artırır. Bu maddə FDE-6 adlı fermenti inqibə edir. Bu ferment gözün torlu qişasında vardır və işığın elektrik siqnallarının alınmasında rol oynayır.

Əvvəllər Sildenafil tərkibli dərmanlar qəbul edən kişilər fotofobiya, görmənin qaralması, ətrafı mavi rəngdə görməsi şikayətləri ilə həkimə gəlirdi. Lakin bu simptomlar qısa müddət sürürdü və itirdi.

Yeni fakt isə daha qalıcıdır. Nyu-York xəstəxanasına müraciət edən 31 yaşlı kişi ətrafı qırmızı rəngdə gördüyünü deyib. Pasiyent dozanı xatırlaya bilmir. O, dərmanı internet aptekdən alıb. Onun kontrats görməsi pisləşib, fotopsiya – gözünün qarşısında hərəkət edən ləkə, nöqtə yaranıb.

Müayinə nəticəsində məlum oldu ki, qişanın hüceyrələri qismən zədələnib. Kişini bir neçə gün prednizolon ilə müalicə etsələr də, 3 aydır ki, simptomlar itmir. (medicina.az)