Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Tibb / İlan sancan nahiyəyə çox toxunmaq olmaz, zəhəri yayır – Məşhur həkim

İlan sancan nahiyəyə çox toxunmaq olmaz, zəhəri yayır – Məşhur həkim

İlan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına aparıb çıxarır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev AZƏRTAC-a bildirib.Həkim deyib ki, əhali arasında ilan sancması zamanı ilk tibbi yardımla bağlı yanlış fikirlər mövcuddur. Təəssüf ki, çox vaxt ilan sancan kimi həmin nahiyəni təcili olaraq bağlamağa, sıxmağa üstünlük verirlər. Halbuki bunu etmək qətiyyən yolverilməzdir, çünki belə hallar çox pis ağırlaşma, hətta ölümlə nəticələnə bilər. İlk yardım kimi həmin yaranı hansısa bir dezinfektantla işləmək və sıxmayan bir bintlə sarğı qoymaq olar. Əgər hansısa ağrı sindromu varsa, həkimə çatdırana qədər ağrıkəsici və allergiyaya qarşı sadə bir preparat qəbul etməklə yardım göstərmək kifayətdir.
Dr.İsmayıl Əfəndiyev bildirib ki, ilan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına aparıb çıxarır. Zəhərə qarşı zərdablar müəyyən analizlər aparılandan sonra müəyyən edilir. Zərdabın effektivliyi ilk sutkada özünü göstərir. Birinci növbədə bilmək lazımdır ki, erkən mərhələdə ilan zəhəri, ümumiyyətlə, qanla limfosit damarlarla bədənə yayılır, ona görə qan damarlarını sıxmaqla heç nəyə nail olmaq mümkün deyil. İlan zəhəri daha dərin toxumalara, hətta sümüyə gedir və belə hallarda ildırımvari zəhər bədənə yayılır. İlanla qarşılaşarkən qəfil hərəkətlər etmək olmaz. Yay aylarında ilan və həşəratlar özləri üçün sərin yerlər seçdiklərinə görə kölgəlik və evlərin zirzəmilərində ehtiyatlı olmaq məsləhət görülür.

Qeyd edək ki, Respublikamızda 30-a yaxın ilan növü var. Havaların istiləşməsi həmin sürünənlərin fəallaşmasına səbəb olur. İlan sancması zamanı dəri şişir, qızarır və tədricən göyərməyə başlayır. Bu zaman zərərçəkəndə başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı kimi əlamətlər müşahidə olunur. Bir çox hallarda ürək döyünmələri də sürətlənir, zəhər mərkəzi sinir və qan-damar sisteminə təsir edir. İnsanlar belə halla qarşılaşan zaman təşvişə düşür.

Həmçinin oxuyun

Xeyirxah və alicənab iş adamı Xuraman Muradova örnəyi

Xeyirxahlıq insanın dostu, yoldaşı və qardaşıdır. Bu insanlar elə anadan xeyirxah doğulurlar, onların bu xüsusiyyəti yaşa …