Ana səhifə / Tibb / Həbib Axundov ”dərman mafiyası”na bağlılığı olan aptekin rəhbəri ilə fotolarını paylaşıb

Həbib Axundov ”dərman mafiyası”na bağlılığı olan aptekin rəhbəri ilə fotolarını paylaşıb

Bir neçə gün əvvəl deputat Elmira Axundovanın oğlu Həbib Axundov saxta dərman əməliyyatında adı keçən “Elit” apteklər şəbəkəsinin onların ailəsinə aid olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi. H. Axundov “Qafqazinfo”ya açıqlamasında ”Elit” apteklər şəbəkəsinə bağlılığını tam inkar edib:””Elit” aptekini mənim adıma bağlayırlar. Aptekin sahibini belə tanımıram. 1993-cü ildən həmin apteklər işləyir. Anam o aptekin birindən dərman alıb. Mən heç bilmirdim ki, o aptek şəbəkədir. Elə bilirdim ki, iki-üç dənədir. Nəsimi rayonunda bir dənə qeyri-yaşayış obyektim var. 73-75 kvadrat olar. Həmin yeri aptekə icarəyə vermişəm. Əlimdə icarə müqaviləsi də var. İcarəyə vermək dərman mafiyasını işlətmək deməkdir? Bir xəstə insan var ki, o neçə illərdir ki, bizə qarşı kampaniya aparır. Onun əlindən gələn də budur. Artıq icarəyə verilən obyektdən də istifadə edir. Nəsimi rayonundakı həmin obyektin yuxarı mərtəbəsindəki çayxana isə mənə məxsusdur. Yazırlar ki, Alov Qülləsində də mənzil alınıb. Alov qüllələri oteldir, orada mənzil var ki?”.

Criminal.az bildirir ki, H.Axundov açıqlamasında ”Elit” aptekinin sahibinı tanımadığını desə də, həmin şəbəkənin rəhbəri Eldar Abbasovla birgə xarici səfərlərini, yaxtadaakı məcaralarını unudub. H.Axundov şəxsi ”facebook” profilində ”Elit” apteklər şəbəkəsinin rəhbəri E.Abbasovla şəkillə paylaşıb. Həmin fotolar təyyarədə, restoranda və yaxtada çəkilib.
”Elit” apteklər şəbəkəsinin rəhbəri Eldar Abbasov Criminal.az saytına açıqlamasında bildirdi ki, deputat ELmira Axundova və onun oğlu Həbib Axundovla heç bir bağlığı yoxdur: ”Elit aptekin Elmira Axundovaya bağlayırlar? Tanımıram. İlk dəfədi belə hadisə ilə rastlaşıram. Bilmirəm bu vəziyətdən necə çıxım? Bizim deputatla heç bağlılığımız yoxdur. Bulmirəm bunu niyə və hansı məqsəd güdərək yazırlar? Sifarişçi kimdir, tapa bilmirəm. Bu məsələ birdən-birə çıxmayıb. Həbiblə bir yer götürmüşük arendaya, qələt etmişik. Bundan sonra götürmərik. Yerdi də, arendaya verilib. Tanışlıq o demək deyil ki, bizim ortaqlığımız var. Nəsib bəy Yusifbəyli küçəsində ”Çardaq”da yer götürmüşük. Heç kim deyə bilməz ki bizim Həbiblə döstuqluq var? Arendaya yer verən neçə olar? Ayda bir dəfə görüşürsən, salam, sağ ol”.

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …