Cümə , Oktyabr 30 2020
Ana səhifə / Tibb / Həkimlər vitaminlərin fəsadını göstərdilər

Həkimlər vitaminlərin fəsadını göstərdilər

Türkiyəli həkimlər lazım olmadan vitamin qəbulunun insan səhhəti üçün müəyyən fəsadlar törətdiyini açıqlayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, həkimlər qədərindən artıq vitaminin qəbulunun ürək, böyrək və qaraciyər üçün çox təhlükəli olduğunu deyib.

“Vitamin və minerallar təbii qidalar qədər insan üçün faydalı ola bilməz. Lakin təəssüflər olsun ki, bəzən insanlar bu vitaminlərin hansı müddətdə qəbul edilməsi ilə bağlı verilən tövsiyələrə əməl etmir. Çünki hər vitaminin faydaları ilə yanaşı əks təsirləri də var. Məsələn, D vitaminin qədərindən artıq qəbulu qanda kalsiumun səviyyəsini qaldırır. Nəticədə ürəyin ritmi pozulur və böyrəklərdə daşlar yaranır” – deyə türkiyəli həkimlər bildirib.

E vitaminin qədərindən artıq qəbulunun isə baş ağrılarına, baş gicəllənməyə və halsızlığa səbəb olduğu bildirilir.

Həmçinin oxuyun

Mirkazım Seyidovun sağlıq durumu ağırdı – Heydər Əliyev Fonduna müraciət edildi

Tanınmış ictimai-siyasi xadim, Azərbaycan və Rusiya dövlətlərininin ali mükafatlarının laureatı Mirkazım Seyidov hazırda 1 saylı …