Cümə , Fevral 26 2021
Ana səhifə / Tibb / Həkim: “Peyvənd sonsuzluq, impotensiya, göz qıyılma, ağız əyilmə yaratmasa, tapsaz edərsiniz”

Həkim: “Peyvənd sonsuzluq, impotensiya, göz qıyılma, ağız əyilmə yaratmasa, tapsaz edərsiniz”

“Çox deyirdiniz peyvənd istəmirik. Gedin, heç biz də sizi peyvənd etmirik. Birinci özümüzü edəcəyik. Bir də ağsaqqal və ağbirçəklərimizi… Peyvəndin qaymaq yeri bizimdir Gördünüz? Yeməyənin payını yeyərlər”.

Pravda.az-ın xəbərinə görə, bunu həkim Aydın Əliyev deyib.

“Əgər peyvənd qalsa, baxacayıq, görək kim özünü yaxşı aparsa, ona da edərik. Qoy nə olsa bizə olsun. Onsuzda bizə olan olub. Di qalın peyvəndsiz. Bir-iki həftə bizi izləyin, əgər bizdə sonsuzluq, impotensiya, saç tökülmə, göz qıyılma, ağız əyilmə, çin ləhcəsi, cikkildəmə, çippildəmə və s. yaranmasa, siz də tapsaz edərsiniz” – A.Əliyev qeyd edib.

Qeyd: Həkimin bunu ironik tərzdə yazıb.

Həmçinin oxuyun

Alimdən Azərbaycanda vurulan vaksinlə bağlı AÇIQLAMA

Azərbaycanda tətbiq olunan Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVac” peyvəndi tibdə bugünə qədər uğur qazanmış …