Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Tibb / Gün vurma halları artıb, belə havalar beyini qurudur – XƏBƏRDARLIQ

Gün vurma halları artıb, belə havalar beyini qurudur – XƏBƏRDARLIQ

“Son günlərdə insanlar arasında gün vurma halları artıb. Ultrabənövşəyi şüaların intensivliyinin artdığı bu vaxtlarda şüalar nəinki papaqdan, hətta kəllə sümüyündən keçərək sinir toxumasını zədələyir”.

Medicina.az bildirir ki, bununla bağlı anestezioloq-reanimatoloq Şahin Məmmədov insanlara xəbərdarlıq edib:

“Son günlər mənə gələn zənglərə əsasən deyə bilərəm ki, gün vurma halları artıb. Ultrabənövşəyi şüaların intensivliyinin artdığı bu vaxtlarda şüalar nəinki papaqdan, hətta kəllə sümüyündən keçərək sinir toxumasını zədələyir. Yüngül halda sağ qalırsız amma çoxsaylı neyron ölür.

İnsanlar düşünür ki, 1 illik “D” vitaminini 1 gün içərisində qazanmaq olar. Gün altında “zaqar”ın müddəti əslində 15 dəqiqəni keçməməlidir. Maksimum 20 dəqiqə olmalıdır. Ona görə də plyaja gün batana yaxın getmək lazımdır. Səhər gedib axşama qədər orda qalırlar, girişə pul verdikləri üçün maksimum qalmağa çalışırlar.

Yüngül dəri yanığı bildiyiniz hal xərçəng riskini artırır. 20 dəqiqədən artıq “zaqar” sizi qocaldır. Dərinin yaşlanmasına səbəb olur. Xüsusən üzünüzü qoruyun”.

Həmçinin oxuyun

“Caspian İnternational Hospital”dan vətəndaşlara hörmətsizlik – Çağrı mərkəzi niyə işləmir?

Jurnalist Məhəmmədəli Qəribli özünün sosisl media hesabında “Caspian İnternational Hospital”-ın vətəndaşlara etdiyi hörmətsiliklə bağlı post …