Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Tibb / “Grand Hospital” kimə satılıb? – KÜTLƏVİ İXTİSAR

“Grand Hospital” kimə satılıb? – KÜTLƏVİ İXTİSAR

Özəl klinika rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaşı yeni direktor gətirilib. Bundan sonra klinika həkimləri kütləvi şəkildə işdən çıxarılmağa başlanılıb.

Belə ki, 2 gün əvvəl – yəni şənbə günü illərdir, klinikada işləyən həkimlər səhər işə gəldikdə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıblar.

Nə baş verdiyini anlamayan həkimlər rəhbərliyə müraciət edib. Klinika rəhbərliyi onlarla daha işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkim gətirdiklərini bildirib. Həkimlərin qarşılaşdığı bu “sürpriz” ciddi narazılığa səbəb olub.

Həkimlərin bildirdiyinə görə, klinika rəhbərliyi onların əmək hüququnu kobudcasına pozmaqla yanaşı, həm maddi, həm də mənəvi ziyan vurub.

Əməkdaşlar işdən çıxarılan həkimlərin bəzilərinin adlarını BakuPost-a təqdim edib.

Arzu Əyyubova

Rasim Məhərrəmov

Afaq Ələsgərova

Röyal Hacıməmmədov

Namiq İsmayılov

Seymur Mehtiyev

Sənan Aşirov

Toğrul Ömərov

Qeyd edək ki, işdən çıxarılanlar hospitalın ən məşhur həkimləridir.

Hazırda klinikada gərgin vəziyyət hökm sürür.

BakuPost-un əməkdaşı məsələ ilə bağlı “Grand Hospital”ın mətbuat xidmətinin rəhbəri lə əlaqə saxlayıb. O, məsələ ilə bağlı açıqlama vermək istəməyib.

Qeyd edək ki, sözügedən hospital bir müddət öncə xəstə ölümləri ilə gündəmə gəlmişdi. Daha sonra vergi yoxlamaları başlanılmış və işçilərin çoxunun əmək müqaviləsiz işlədilməsi ortaya çıxmışdı. “Bakipost”

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …