Çərşənbə axşamı , Mart 26 2019
Ana səhifə / Tibb / Gözünüzün sağlamlığı üçün mütəxəssisdən tövsiyələr

Gözünüzün sağlamlığı üçün mütəxəssisdən tövsiyələr

Türkiyənin göz sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi Fatih Atmaca bir sıra tövsiyələr verib. 

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, həkim bir sıra göz xəstəliklərinin ilkin əlamətinin olmadığını deyərək vaxtaşırı müayinələrdən keçməyin vacibliyini vurğulayıb.

“Yaşlandıqca göz xəstəlikləri baş qaldırır. Lakin vaxtında müayinə olunmaqla göz xəstəliklərinin yaranmasının qarşısını almaq mümkündür. Hətta gözün ümumi müayinəsi ilə bir sıra xəstəlik və problemləri erkən olaraq aşkarlamaq mümkündür” – deyə həkim bildirib.

O, müayinə edən həkimə genetik göz xəstəlikləri ilə bağlı məlumatların verilməsinin də vacibliyindən danışıb.

Fatih Atmacanın sözlərinə görə, göz xəstəliklərindən qorunmaq üçün gigiyenik qaydalara əməl etmək də önəmlidir: “Gözə mikrob düşməməsi üçün linza taxmazdan öncə əlləri yaxşı yumaq lazımdır”.

Mütəxəssisin sözlərinə görə, bundan başqa göz sağlamlığı üçün siqaretdən, alkoqollu içkilərdən imtina etmək, daha çox təbii yollarla qidalanmaq, meyvə və tərəvəz tükətməmək, balıq yemək, kompüterdən uzaq olmaq tövsiyə olunur.

Həmçinin oxuyun

Uşaqlara qazlı su içirtməyin!

Gündəlik qida rasionuna daxil olan qazlı suların orqanizmə vurduğu zərərdən çoxları xəbərdar deyil. Mütəxəssislərin qənaətinə …