Cümə axşamı , İyun 30 2022
Ana səhifə / Tibb / “Gold Lady X” estetik şirkətində nələr baş verir…? – Şirkətin sahibi Xanım Qurbanova hüquq müdafiəçisidir, yoxsa….

“Gold Lady X” estetik şirkətində nələr baş verir…? – Şirkətin sahibi Xanım Qurbanova hüquq müdafiəçisidir, yoxsa….

Şirkət əmək müqaviləsi olmadan işçiləri işlədir, DSMF-yə pul keçirmir, vergidən yayınır..

Xanım Qurbanovanı  hansı general müdafiə edir..? 

Yaşlı  nəsil gözəl bilir ki,  sovet dövrünün PULSUZ səhiyyəsi necə yüksək səviyyədə idi. 
Təəssüf ki,  son 30 ildə səhiyyəmiz  nəinki qabağa gedə bildi, əksinə, indi xəstənin sağ ayağı əvəzinə  sol ayağını, kor  bağırsağı əvəzinə nazik  bağırsağını kəsirlər. 
Azərbaycan səhiyyəsindəki qiymətlərin isə dünyada analoqu yoxdur. 
Dəfələrlə Mill Məclisin üzvləri  ən yüksək tribunadan deyiblər ki, 8-10 min manata əməliyyat olar..? 
Bu imkan hansı sıravi Azərbaycan vətəndaşında ola bilər..? 
Bütün  bunlar azmış kimi son illər  hələ elə həkimlər, elə tibb sahələri peyda olub ki, adam adını çəkməyə  utanır. 
Gündə sosial şəbəkələrdə, saytlarda oxuyuruq, kişi özünə nə isə etmək istəyir, qadın filan orqanını əməliyyat etdirir,  filan klinikaya buyurun. Vallah, bu biabırçılıqdır ee…
Üzün qırışını götürməyi başa düşdük, dodağı yekəltməyi, nə bilim  artıq əti götürməyi və s….anladıq. Amma…
Əmması  odur ki, bir daha oxuculardan üzr istəyirik,  şirkət rəhbəri deyir ki, istənilən yaşda  qadının bütün orqanlarını dəyişə bilərəm. Qiyməti 1000  manat. 
Bunlara başa salan yoxdur ki, biz islam dövlətiyik və İslam dini  insanın estetik əməliyyat edilməsinə icazə vermir. Lap bunu da bir kənara qoyduq. 
Bizim öz milli-mənəvi dəyərlərimiz var. 70 yaşlı nənənin orqanlarını əməliyyat etməklə, onu təzədən ərə verəcəksən..? 
Vallah bunlar hamısı iyrənc, şeytan əməlləridir, bizə xarici ölkələrdən ötürülür.  Məqsəd isə milyonlar qazanmaqdır. 
Bəli, belə estetik şirkətlərdən biri də “Gold Lady X” şirkətidir. 
Hər yerdə yazırlar ki, şirkətin sahibi, Gürcüstan vətəndaşı olan  Xanım  Qurbanova, özünü  sosial şəbəkələrdə gah  hüquq müdafiəçisi, Qeyri-Hökumət Təşkilatının rəhbəri, gah da “əməliyyatçı”  kimi qələmə verir. 
Görəsən insanların hüquqlarını qorumalı  hüquq müdafiəçisi  insanlara külli miqdarda pul atar..? 
Bəli, bu qadın lotereya oynamaq adı  altında  xeyli sayda insanın pullarını mənimsəyib. Vətəndaşların Xanım Qurbanova barəsində Daxili İşlər Nazirliyinin “102” Çağrı Mərkəzinə edilən müraciətlərinin  fonunda faktların araşdırılması üçün Bakı şəhəri Nərimanov rayonu, 17-ci və 18-ci polis bölmələrinə yönləndirilmişdir. Amma  xeyli şikayətə  baxmayaraq  ortada nəticə yoxdur. Hətta şikayətçilərə, zərəçəkənlərə qarşı  təhdidlər, təzyiqlər davam edir. 
Bu yerdə deyiblər ee, oğru elə bağırdı ki….
Məsələ bundan ibarətdir ki, Xanım Qurbanova ona arxalıq edən şəxs və şəxslərin vəzifə səlahiyyətlərinə güvənərək, başlıcası, cəzasızlıq mühitindən istifadə edərək öz şəxsi instagram səhifəsində özünü gah həkim-ginekoloq, gah da hüquq müdafiəçisi kimi təqdim etməkdən çəkinmir. Özünü ekspert kimi aparır. 
Xanım Qurbanovanın köməkçisi  mediaya deyib ki, gözü götürməyənlər, paxıllar  belə xəbər yayır. 
Atalar deyib ki, od olmasa tüstü çıxmaz, ay Xanım xanım Qurbanova…
Gündəlik-Bakıya daxil olan məlumata görə, Xanım Qurbanovanın 10-dan artıq  işçisi olmasına baxmayaraq  heç biri ilə rəsmi əmək müqaviləsi yoxdur. Həmin işçilərin gələcəkdə  pensiya təminatı olması üçün Dövlət Sosial Müdafiə Fonduna  pul da ayırmır, vergidən yayınır. 
Bu adam hətta icazə olmadan qadın pasiyentlərin  orqanlarına müdaxiə edir, qadınların müxtəlif orqanlarını kəsir…
Elə məhz  bu qanunsuz  əməllərinə görə də 20 min manat cərimələnib. 
Yuxarıda qeyd etdik ki, Xanım Qurbanova bu əməllərini vəzifədə işləyən dəstəkçilərinə arxayın olaraq edir. Bəli, hansısa generalın Xanım Qurbanovaya hər mənada dəstək verdiyi bildirilir. 
O izi itirmək üçün tez-tez ofisini də dəyişir. 
Bu boyda əməllərdən sonra Xanım  Qurbanovanın  heç lisenziyası da yoxdur.   
Xanım Qurbanovanın ailəsində də ciddi problemlər yaşanır. 
Belə ki, Xanımla birinci qaynatası arasında  ciddi münaqişə var. Birinci əri də  Xanım Qurbanovanı məhkəməyə vermişdi. 
Ümumiyyətlə, Xanım Qurbanova özünü ölkənin vəzifəli şəxsləri ilə birgə reklam edir. Bir vaxtlar Rövnəqlə yaxın olması barədə  saxta xəbərlər yayırdı, sonradan nəsə geri çəkilməli oldu. 
Sözün qısası, ölkəmizi  fala baxanlar, cadugarlar, müxtəlif işbazlar bürüyüb. Allah  millətimizi  bu qorxulu bəlalardan qorusun.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Dərmanların qiymətində 350 faizlik fərq – VİDEO

Azərbaycandakı apteklərdə satışa çıxarılan dərmanların qiymətləri qonşu Türkiyə və İrandakı preparatlardan bahadır. Eyni dərmanların kəskin …