Cümə , Aprel 19 2024
Ana səhifə / Tibb / German Marşal Fondunun dəstəyi ilə COVİD-lə bağlı layihə icra edildi

German Marşal Fondunun dəstəyi ilə COVİD-lə bağlı layihə icra edildi

German Marşal Fondunun dəstəyi ilə Ukraynanın “Yenilikçi İdarəetmə İnstitutu” (İnstitute of İnnovative Governance) təşkilatı tərəfindən “İctimai sağlamlıq yoxsa rəqəmsal azadlıqlar? Vətəndaşların COVİD-19`dan öncə və sonra izlənməsinin Şərq tərəfdaşlığı ölkələrində demokratiya üçün nəticələri” layihəsi həyata keçirilməkdədir. Layihənin Azərbaycandakı partnyoru “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyidir. Layihənin əsas hədəfi Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə istifadə edilən mobil tətbiqlərin demokratiyaya olan təsirlərinin araşdırılmasıdır.

Layihə çərçivəsində vətəndaşlarla və yerli vətəndaş cəmiyyəti təmsilçiləri ilə sorğular və intervyular həyata keçirilmişdir. Dövlətin yaratdığı və təkmilləşdirdiyi COVİD-19 pandemiyası ilə mübarizə məqsədi ilə istifadə olunan mobil tətbiqlər analiz edilmişdir. Onların istifadə qaydaları, Azərbaycan Respublikasının qanunları, o cümlədən “Fərdi məlumatların qorunması haqqında qanun” ilə və ictimaiyyətə təqdim olunan məlumatlar ilə uyğunluğu məsələsi araşdırılmışdır.

Sorğu və intervyuların nəticələri, gəlinən nəticələrlə bağlı dövlətə müəyyən təklif və tövsiyyələri əks etdirən yekun hesabat sənədi hazırlanmışdır. Yekun hesabat sənədi həm ictimaiyyətə həm də dövlətə təqdim olunacaqdır. Bu fəaliyyətlər paralel olaraq Avropa Birliyi Şərq Tərəfdaşlığı programına daxil olan 6 ölkədə aparılmaqdadır. Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Ermənistan, Gürcüstən, Ukrayna, Moldova və Belarus ölkələri daxildir. 6 ölkədə aparılan araşdırmaların nəticəsini əks etdirən yekun sənəd hazırlanacaq və bu sənəd programa daxil olan hər bir ölkənin vətəndaş cəmiyyəti və dövlət orqanlarına təqdim olunacaqdır.


Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin Mətbuat Xidməti

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …