Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Tibb / Gənclər arasında xərçəng xəstəliyi niyə çoxalıb?

Gənclər arasında xərçəng xəstəliyi niyə çoxalıb?

“Canlı orqanizm mövcud olduqca xərçəng xəstəliyi də mövcuddur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, son illər xərçəng xəstəliyi gənclər arasında geniş yayılıb:

“Xəstəliyin gənclər arasında çoxalmasının bir çox səbəbləri var. Bunlar arasında son vaxtlar qidalanma rejimi, ekoloji problemlər, stress və bir də gənclərin siqaret çəkməsi, alkoqollu içkilərə aludə olmasıyla bağlıdır. Ümumiyyətlə, sağlam həyat tərzi, sağlam qidalanma nə qədər öz yerini bu cür təhlükəli həyat tərzinə verəcəksə (oturaq həyat tərzi, çox yemək, keyfiyyətsiz yemək, az hərəkət etmək və s.) o zaman  xərçəng xəstəliyinin yaranması üçün də şərait yaradır. Hazırda gənclər arasında ürək-damar xəstəliyinin yaşı xeyli azalıb, xərçəngin də olması təbiidir”.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …