Şənbə , Aprel 20 2024
Ana səhifə / Tibb / Enerji içkiləri ürəyi dayandıra bilər – Xəbərdarlıq

Enerji içkiləri ürəyi dayandıra bilər – Xəbərdarlıq

“Enerji içkilərinin uzun müddət qəbul edilməsi birmənalı şəkildə ziyandır. Bu içkilərin daimi istifadəsi ürək əzələsinin tam yorulmasına gətirib çıxara bilər”.

Bunu AzVision.az-a açıqlamasında tanınmış həkim Adil Qeybulla deyib. O, bildirib ki, enerji içkilərinin uşaqlar tərəfindən istifadəçi olduqca təhlükəlidir, valideynlər bu məsələdə diqqətli olsunlar.

“Təəssüflər olsun ki, bəzən məktəblərin yaxınlığında olan mağazalarda enerji içkilərinin satılmasına nəzarət olunmur. Buna diqqətli olmaq lazımdır. Uşaqlar valideynlərindən xəbərsiz həmin içkilərdən istifadə edirlər. Bundan başqa insanlara məlumat vermək lazımdır ki, bu içkilər ziyanlıdır, mümkün qədər istifadə etməsinlər. Əfsuslar olsun ki, bəzən korporativ maraqlar üstün gəlir”.

A.Qeybulla qeyd edib ki, problemin həlli yolu ərzaq və dərman təhlükəsizliyi konsepsiyasının yaradılmasındadır.

“Bu, milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır. İstər dərman preparatlarının, istərsə də qida məhsullarının istehlak qaydaları vətəndaşlara izah edilməlidir. Bu, çox vacib məsələdir. Enerji içkilərin ziyanlı olması ilə bağlı məsələnin qaldırılması mütləqdir və mən bunu dəstəkləyirəm. Vətəndaşlar mümkün qədər belə içkilərdən istifadə etməsinlər, bunun təhlükəli olduğunu dərk etsinlər”.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …