Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Tibb / Ən zərərli 5 qidanın SİYAHISI

Ən zərərli 5 qidanın SİYAHISI

Ən zərərli beş məhsulun siyahısı tərtib edilib. Onu müxtəlif ölkələrin dietoloqları hazırlayıb

Bakupost.az “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, siyahıda birinci yerdə şirin qazlı içkilər gəlir. Onlar yüksək miqdarda şəkərə görə təhlükəlidirlər. Yalnız bir stəkan şirin içkidə ən azı beş çay qaşığı şəkər var.

İkinci yerdə bütöv kartofdan deyil, kartof püresindən hazırlanmış çipslər gəlir. Qida mütəxəssislərinin fikrincə, bu, karbohidratlar və yağların süni dadlar ilə qarışığıdır. Onların heç bir faydası yoxdur, yalnız zərəri var.

“Pis” qidalar siyahısına şirin batonlar da daxildir. Tərkibində xeyli şəkər və kimyəvi əlavələr olduğu üçün belə batonlar çox kalorilidir və adam onları yedikcə yemək istəyir.

Dietoloqlar həmçinin ən zərərli ərzaqlar sihaısına kimi sosis, kolbasa, qaynadılmış kolbasa, paştet və gizli yağları olan digər qidaları da daxil ediblər. Həkimlər bildirib ki, onların tərkibinin 4- faizi donuz yağı, ət yağı və donuz dərisindən ibarətdir. Bu qıdalar ətirli əlavələrin köməyi ilə ət kimi “maskalanır”.

Nəhayət, yağlı ətlər ən zərərli beş qidanın siyahısını qapadır. Onlar qızardıldıqda xüsusi təhlükəli olur.

Həmçinin oxuyun

Azərbaycanda tanınmış həkim sevgilisi ilə birlikdə həyat yoldaşını DÖYDÜ 

Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb. Azinforum.a “Unikal”a istinadla bildirir ki, …