Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Tibb / Elektron siqaretin tüstüsü xərçəng yaradır

Elektron siqaretin tüstüsü xərçəng yaradır

Amerikalı alimlər elektron siqaretin tüstüsünün zərərli təsirlərini aşkar etmək üçün laboratoriya siçanları üzərində sınaq keçiriblər.

Bir il ərzində aparılan araşdırma zamanı siçanların 23 faizində ağciyər xərçənginin inkişaf etdiyi, siçanların 58 faizində isə xərçəngə xas olan hüceyrə bölgüsü prosesinin pozulması faktının aşkarlandığı məlum olub.

Nəticələr kanserogenlərin siçanların bədəninə mənfi təsir göstəridiyini bir daha sübut edib. Veyplərin buxarı siçanların DNT-sını zədələyərək ağ ciyər xərçəngi və sidik kisəsində şiş yaradır.

Qeyd edək ki, insanda xərçəngin meydana gəlməsi üçün onun 20 ildən çox siqaret çəkməsi lazımdır. Azvision.az

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …