Çərşənbə axşamı , Aprel 23 2019
Ana səhifə / Tibb / Diş məcununun insan sağlamlığına təhlükəsi açıqlandı
Toothbrush and toothpaste closeup.

Diş məcununun insan sağlamlığına təhlükəsi açıqlandı

Diş məcunu ilə bağlı maraqlı məlumat açıqlanıb.

ToDay News Ufa saytının yazdığına görə, fransalı alimlər araşdırma aparıblar və belə nəticəyə gəliblər ki, insanlar hər səhər az miqdarda zəhər qəbul edirlər.

Diş məcununun tərkibini araşdıran mütəxəssislər bütün növ diş məcunlarında insan orqanizmi üçün təhlükəli olan titan dioksidinin yer aldığını müəyyən ediblər. Siçovullar üzərindəki təcrübələrin nəticələri bu maddənin onkoloji xəstəliklərin inkişafına təkan verdiyini sübut edir.

Titan dioksidi ucuz rəngləyici olduğunundan istehsalçılar bu maddədən əksər məhsullarda istifadə edirlər. Lakin araşdırmalar göstərir ki, titan dioksidi ürək, qara ciyər, böyrək və mədə-bağırsaq sisteminə təsir göstərir, immuniteti zəiflədir.

Həmçinin oxuyun

Onkoloji Klinikada amansız “zəlzələ səhnəsi” – VİDEO

Bu tükürpədici olay 2016-cı ilin aprel ayında baş verib. Bu barədə bəzi internet resurslarında materiallar …