Şənbə , Sentyabr 18 2021
Ana səhifə / Tibb / Deputatın oğlu Dövlət Agentliyinə 1 milyon manatlıq ofis icarəyə verib

Deputatın oğlu Dövlət Agentliyinə 1 milyon manatlıq ofis icarəyə verib

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildi fəaliyyətə başlayıb, pilot layihələr edib – bununla bağlı normal məlumatlar yaymayıb”.

Azinforum.az xəbər verir ki, bunu iqtisadçı ekspert, REAL Partiyasının icra katibi Natiq Cəfərli yazıb. O bildirib ki, Agentliyin fəaliyyəti ilə bağlı ciddi suallar var: “Əlçatan xidmət məsələsi axsayır, hələ bir nəfər tanımıram ki, Agentlikdən razılıq etsin.

İndi də məlum olur ki, Agentlik Buzovna qəsəbəsində 1 illiyə ofis və anbar icarəyə götürüb – müqavilənin dəyəri 1 milyon 176 min manatdır. Agentlik obyekti ayı 98 min manata icarəyə götürüb, özü də Buzovnada”.

Ekspertin sözlərinə görə, həmin obyektin sahibi gənc bir insandır: “Orxan Feyziyev. Ola bilər ki, çox bacarıqlı, təhsilli gəncdir, amma bir məsələ var ki, Orxan bəy deputat Cavanşir Feyziyevin oğludur.

Bu da Azərbaycan fenomenidir – bütün məmur, deputat, nazir uşaqları doğuşdan bacarıqlı biznesmen olurlar, həmişə tenderləri udurlar, bu “sirri” İskoç Bilim Adamları da çözə bilməz”.

Həmçinin oxuyun

Necə edək ki, analar doğuşda ölməsin…

Azərbaycanda ana ölümləri kimi ağır hadisələr baş verməkdədir. Təəssüf ki, ana ölümlərin statistikası bu kimi …