Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Tibb / Delta ştammı digər mutasiyalardan nə ilə fərqlənir?

Delta ştammı digər mutasiyalardan nə ilə fərqlənir?

65 ölkədə aşkarlanan “delta” ştammı sürətlə yayılmağa davam edir. Mutasiyaya uğrayan virusun üzərində araşdırmalar davam edərkən “delta plus” variantı isə artıq 11 ölkədə qeydə alınıb.

Milli.Az xəbər verir ki, ilk Hindistanda aşkarlanan virus mutasiyalar arasında ən təsirlisidir. Baş və boğaz ağrısı, burun axıntısı, öskürək, eşitmə problemləri kimi yeni simptomlara malikdir. Bəzi ölkələrdə mutasiyanın ürəkbulanma, iştahsızlıq kimi fərqli simptomları da müşahidə olunur.

Bu ştammın digərlərinə nəzərən 60 faiz daha sürətlə yoluxduğu müəyyən edilib. Hüceyrələrə sürətlə nüfuz etmə özəlliyi mutasiyanın ağ ciyərlərə daha asan yapışmasına səbəb olur ki, bu da ölümcül sayılır.

“Delta plus” da bənzər simptomlara sahib olsa da onun yoluxma qabiliyyəti daha yüksəkdir.

Həmçinin oxuyun

Tualetə əsla telefonla girməyin: Bu xəstəliyə səbəb olur – VİDEO

Müasir dövrdə demək olar ki, hər kəs telefondan asılı bir vəziyyətə düşüb. Hətta bir çoxlarımız …