Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Tibb / “Daily Exspress”:”Hıçqırıq koronavirusa yoluxmanın göstəricisi sayıla bilər”

“Daily Exspress”:”Hıçqırıq koronavirusa yoluxmanın göstəricisi sayıla bilər”

Hıçqırıq koronavirusa yoluxmanın göstəricisi sayıla bilər. 

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə “Daily Exspress” qəzeti məlumat yayıb.

Məqalədə qeyd olunub ki, hıçqırıq koronavirusun əsas simptomları sırasına daxil edilməsə də, uzunmüddətli hıçqırıq xəstəliyin əlaməti sayıla bilər. Misirli həkimlər 64 yaşlı xəstənin koronavirusa yoluxduğunu yalnız 3 gün davam edən hıçqırıq nəticəsində aydınlaşdırıblar. Analizin nəticəsi onun virusa yoluxduğunu və leykosit səviyyəsinin çox aşağı düşdüyünü gostərib.

Oxşar vəziyyət Amerikada da qeydə alınıb. 62 yaşlı xəstə dörd gün davam edən hıçqırıqdan sonra həkimə müraciət edib. Nəticədə virusun artıq ağciyərlərə təsir etdiyi, ağ qan hüceyrəsi və trombosit sayının azaldığı məlum olub.

Hıçqırıq  koronavirusun nadir simptomudur. Çox vaxt stress və ya düzgün olmayan qidalanma nəticəsində meydana gəlir və bir neçə dəqiqədən sonra yox olur. Bununla yanaşı ingilis həkimlər iki gündən çox keçməyən və tez-tez baş verən hıçqırıq zamanı həkimə müraciət etməyi məsələhət görürlər.

Həmçinin oxuyun

“Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır”

“AstraZeneca” qat-qat yüksək texnologiyada hazırlanmış peyvənddir və kifayət qədər yüksək effektə malikdir. Trend-in məlumatına görə, …