Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Tibb / Dərman şirkətləri koronavirusa qarşı vaksinlərin qiymətini qaldırıblar

Dərman şirkətləri koronavirusa qarşı vaksinlərin qiymətini qaldırıblar

“Pfizer-BioNTech” və “Moderna” şirkətləri koronavirus (COVID-19) əleyhinə istehsal edikləri vaksinlərin qiymətlərini artırıb.

Belə ki, “Pfizer-BioNTech” şirkəti eyniadlı vaksininin bir dozasının qiymətini 15,5 avrodan 19,5 avroya (31.3 – 39.4 AZN) qaldırıb.

“Moderna” şirkəti isə bir doza vaksinin qiymətini 22,6 ABŞ dollarından 25,5 dollara (38,4-43,3 AZN) qaldırıb.

Qeyd edək ki Avropa Dərman Agentliyi (EMA) hazırda Avropa İttifaqı ölkələrində yalnız “Pfizer-BioNTech”, “Moderna”, “AstraZeneca”, “Johnson & Johnson” şirkətləri tərəfindən istehsal olunan peyvəndlərin istifadəsinə icazə verib. Report

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …