Cümə axşamı , İyul 2 2020
Ana səhifə / Tibb / Dərmandan zəhərlənmələr niyə artıb? (VİDEO)

Dərmandan zəhərlənmələr niyə artıb? (VİDEO)

Dərmandan zəhərlənmə ilə xəstəxanaya son bir neçə gündə 8 nəfər müraciət edib. Araşdırmalar zamanı məlum olub ki, onlar arasında intihara cəhd edənlər yoxdur. Sadəcə onlar dərmanı qəbul edərkən özlərini pis his edibilər və dərhal həkimə gəliblər. Havanın isinməsi ilə ilan sancma faktları da artıq var.
Bu barədə məlumatı ”Xəzər Xəbər”ə açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib. O bildirib ki, son 10 gün ərzində metil spirtindən zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət daxil olmayıb. Baş həkim deyib ki, dərmandan zəhərlənmələrdə intihara cəhd faktına rast gəlinməyib.
Son 10 gün ərzində xəstəxananın Toksikologiya Şöbəsinə sirkə turşusu ilə zəhərlənən iki nəfər, dəm qazından zəhərlənmə ilə dörd nəfər, allergik reaksiya ilə isə altı nəfər müraciət edib. Onlardan yalnız dəm qazından yüngül zəhərlənənlərə ilkin yardım göstərilib və evə buraxılıb.
Bundan başqa, İmişli rayonundan və Güzdək qəsəbəsindən ilan sancması ilə bağlı iki nəfər müraciət edib. Müraciətlər arasında ölüm faktı qeydə alınmayıb. Azər Maqsudov onu da əlavə edib ki, məişətdə istifadə edilən kimyəvi məhlullardan zəhərlənmə şübhəsi ilə müraciət edən iki azyaşlıya ilkin yardım göstərilərək səhhətləri yaxşılaşdıqdan sonra evə buraxılıb.

Həmçinin oxuyun

Azərbaycanda tibb sahəsində kadr çatışmazlığı varmı? – Açıqlama

“Ümumiyyətlə, ölkəmizdə tibb sahəsində kadr çatışmazlığı yoxdur. Koronavirusdan əvvəl də tibb sahəsində həkim qıtlığı mövcud …