Çərşənbə , Mart 22 2023
Ana səhifə / Tibb / Çox balıq yemək xərçəng əmələ gətirir

Çox balıq yemək xərçəng əmələ gətirir

Araşdırmala görə, balıqda elə kimyəvi maddələr var ki, onlar insan orqanizmisində toplana bilər.

“Medicina” xəbər verir ki, böyük miqdarda balıq yemək orqanizmdə xərçəngə səbəb olan zəhərli kimyəvi maddələrə məruz qalma ilə əlaqələndirilir. The Sun ABŞ-dan olan bir qrup elm adamının araşdırmasına istinadən bildirir ki, göl və çaylarda tutulan balıqların tərkibində PFAS və ya perfluoroalkil maddələri aşkar edilib.

Alimlər bu maddələrin insan orqanizminə təsirini əvvəllər immun sisteminin boğulması və xərçəngin yaranması ilə əlaqələndiriblər. PFAS demək olar ki, hər mətbəxdə tapılan qab və tavalar üçün yapışmayan örtük komponentləridir.
Tədqiqatçı alımlər sınaqdan keçirilmiş şirin su balıqlarında bu maddələrin miqdarının yüksək olduğunu bildiriblər.

Tədqiqatçı alim həkim Devid Endryus bildirdi ki, balıqlarda PFAS ilə çirklənmə dərəcəsi təəccübləndirir. Şirin su balıqlarını istehlak edən insanlar, xüsusən də müntəzəm olaraq balıq tutan və yeyən insanlar, bədənlərində bu kimyəvi maddələrin əhəmiyyətli dərəcədə yığılması riski artırır.

Balıqlarda bu kimyəvi maddənin olmasına səbəb ətraf aləmin çirkləndirilməsi faktı göstərilir.

Həmçinin oxuyun

Naxçıvan səhiyyəsində rəzalət: “Həkim sağlam atamı öldürdü” – Video

Naxçıvan MR, Şərur rayon Kosacan kənd sakini Həsənov Daşqın Zakir oğlu Azinforum.az-a ünvanladığı şikayətdə bildirir …