Cümə , İyul 30 2021
Ana səhifə / Tibb / Çin səfirliyi məlumat yaydı: “Tibbi ləvazimatlar yaxın vaxtlarda Bakıya gətiriləcək”

Çin səfirliyi məlumat yaydı: “Tibbi ləvazimatlar yaxın vaxtlarda Bakıya gətiriləcək”

Koronavirus pandemiyası başlayandan bəri Çin və Azərbaycan qarşılıqlı olaraq bir-birini dəstəkləyir. 
Bu barədə Qaynarinfo-ya Çinin Azərbaycandakı səfirliyindən daxil olan bəyanatda bildirilir.
Qeyd olunur ki, Çin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir və Azərbaycanın pandemiya ilə mübarizə səylərini qətiyyətlə dəstəkləyir. Çin səfirliyi bəyan edir ki, Çin Azərbaycana öz imkanları daxilində yardım göstərməyə, çətinlikləri birgə dəf etməyə hazırdır.
“Tam inanırıq ki, Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycan xalqı ən qısa zamanda epidemiya üzərində qələbə çalacaq”, – deyə bildirilib.
Məlumata görə, Çin Azərbaycana ikinci və üçüncü dəst tibbi ləvazimat tədarükünü davam etdirəcək. 
“Həmin vasitələr hazırlanır və yaxın vaxtlarda Bakıya gətiriləcək”, – deyə bildirilir.

Həmçinin oxuyun

Azərbaycanda dönərdən yoluxa biləcəyiniz qurd – EXİNOKOKK nədir?

Qurd invaziyalarını yoxlatmaq bir qədər çətin, baha başa gələn prosesdir. Qanda qurd diaqnozu dəqiq qoyulmadığından …