Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Tibb / “Canişin”in ən unikal kadrı  – Bayram Mikayılov kimdir?

“Canişin”in ən unikal kadrı  – Bayram Mikayılov kimdir?

Naxçıvan “canişin”liyinin ən unikal kadrı Culfa rayon Mərkəzi xəstəxanasının icraçı direktoru Bayram Mikayılovdur.

Bəs kimdir bu adam? Yəqin ki, siz də maraq etdiniz.

Elə isə buyurun, tanış olun.

Bayram Mikayılov 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbəsinin müdiri işləyərkən rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir edib. Hadisənin videogörüntüsü sosial şəbəkələrdə geniş yayıldığı üçün işdən uzaqlaşdırılıb.

Həmin il Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqladığına görə Xətai rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsiylə cinayət işi başlanıb. Fəqət qəhrəmanımız, daha doğrusu “canişin” əfəndinin Bakıdan xüsusi reys ilə gətirdiyi göz bəbəyi bu dəfə də hansısa yolla məsuliyyətdən yayınıb.

 2019-cu ildə isə o, DSMF-nin Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Di gəl ki, əli yenə dinc durmayıb. Vətəndaşların pensiyasıyla bağlı külli miqdarda pul mənimsəmədə iittiham olunaraq növbəti dəfə işdən çıxarılıb. Hətta onun əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib və qısamüddətli həbs edilib.

Buna baxmayaraq, tale onun üzünə yenə gülümsəyib. 2022-ci ilin ortalarında hansısa yolla TƏBİB-in qılığına girə bilib. TƏBİB onu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına direktorun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin edib. Amma bu səfər də onunku gətirməyib. Bəzi mərdümazar media qurumları məsələ ilə bağlı TƏBİB-ə müraciət edib. Qurum hal-qaziyədən xəbər tutan kimi “canişin” həzrətlərinin göz bəbəyini yenə işdən qovub. 

Bu dəfə isə “canişin”in idarə etdiyi Naxçıvan torpağında bəxtini sınamağa çalışıb və istəyinə də nail olub. “Canişin”in Səhiyyə naziri Samiq Sadıxov bu əvəzsiz kadra Culfa rayon Mərkəzi xəstəxanasının icraçı direktoru vəzifəsini bəxş edib.

Ən maraqlısı isə odur ki, həm Culfa, həm də Ordubad sakinlərinin sağlamlığına baxan Bayram Mikayılov öz işlədiyi kollektivdən belə familiyasını gizlədirmiş. Görünür, kimliyinin faş olacağından əmin imiş.

Canınız yanmasın, “canişin” əfəndi, bu qeyri-adi kadrları hardan tapırsınız? Amma sizə bir məsləhətim var: Naxçıvana “yaxşı kadrı” Sabirabaddan və ya Saatlıdan axtarmayın. Azərbaycan balaca yerdir, həmən tüstüsü göyə bülənd olar və bütün bilinməzlər ortaya çıxar. Siz ən yaxşısı özünüzə uyğun kadrları Afrika cəngəlliklərindən gətirin. Necə olsa, oralarda sənəd-sünədlə əlləşən yoxdur və sizin gözdə kadrlarınızın adı heç bir dəftərə düşməz.

Qaynaqlar:

Nazir arvadını bıçaqlayan məmuru işdən qovdu – cinayət işi açıldı – Foto

TƏBİB nöqsanlara görə işdən çıxarılan, həyat yoldaşını bıçaqlayan şəxsə yüksək vəzifə verib

Həmçinin oxuyun

Azərbaycanda tanınmış həkim sevgilisi ilə birlikdə həyat yoldaşını DÖYDÜ 

Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb. Azinforum.a “Unikal”a istinadla bildirir ki, …