Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Tibb / Cərrah: “İnsan piylənirsə, mədə onun nəyinə lazımdı?”

Cərrah: “İnsan piylənirsə, mədə onun nəyinə lazımdı?”

Son zamanlar mədə kiçiltmə əməliyyatı dünya ölkələri ilə yanaşı Azərbaycanda da geniş vüsət alıb. İndi artıq çəkili insanlar dieta və idman etmədən, daha asan yolla —mədələrini kiçiltdirməklə arıqlamaq istəyirlər.

Bariatrik cərrah Aslan Abdulla Sputnik Azərbaycan-a deyir ki, piylənmə bir xəstəlik olduğu üçün müalicə taktikaları var və mədə kiçiltmə əməliyyatı da onlardan biridir. O bildirib ki, bu gün mədə kiçiltmə əməliyyatına estetik cərrahiyyə kimi baxılır:

“Bariatrik əməliyyatın məqsədi xəstələri şəkərli diabet, piylənmə, cinsi zəiflik, oynaq ağrıları, qan təzyiqi kimi xəstəliklərdən qurtarmaqdır. Bir sözlə, piylənmədən əziyyət çəkən xəstələrin normal həyat tərzinə geri dönmələri üçün edilən əməliyyatdır. Bu gün bizə müraciət edən 10 xəstədən 8-ni geri göndəririk. Çünki həqiqətən də mədəsinin kiçilməsinə ehtiyac olan xəstələri əməliyyat edirik. Belə insanlara başqa yolla kömək etmək mümkün deyil”.

Həmçinin oxuyun

Pediatr: “Körpəyə bu dərmanı vermək cinayətdir”

Uşaqların yuxusuz qalması valideynlərin vacib problemlərindən biridir. Bunun üçün bəzən analar həkim təyinatı olmadan bir …