Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Tibb / “Bu, onları böyük bir depressiyaya məruz qoymaqdır” – Professor

“Bu, onları böyük bir depressiyaya məruz qoymaqdır” – Professor

“Sentyabırın 1-dən sonra rayonlara gediş-gəliş açılmalı, toyların keçirilməsinə icazə verilməlidir”.

Bunu professor Adil Qeybulla deyib.

Professor bildirib ki, insanlar 6 aydan yuxarıdır ki, gözləyirlər: “Bu işlərin formatını düşünmək lazımdır. Hansı formarda toylar baş tutacaq, qapalı mühitdə insanlar necə davranacaq və s. kimi sualların cavabları verilməlidir”.

Adil Qeybulla hesab edir ki, bundan sonra müxtəlif bəhanələrlə insanları “evdə qal”a qayıtmaq onların əsəb sistemi ilə oynamaq deməkdir: “Bu, onları böyük bir depressiyaya məruz qoymaqdır.

Əksinə, maarifləndirici tədbirlər həyata keçirmək lazımıdr ki, insanlar öz həyatlarını qura bilsinlər. Qadağaların hamısı ləvg olunmalıdır. Karantin davranışlarına isə ciddi əməl olunmalıdır”.

Həmçinin oxuyun

Koronavirusdan sağaldıqdan sonra iy və dadbilməni necə bərpa etmək olar

Məlumdur ki, koronavirusa yoluxmuş bir çox insanlarda dad və iybilmə duyğusu itir. “Report” xəbər verir …