Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Tibb / Bu məhsulları supermarketlərdən almaq təhlükəli ola bilər

Bu məhsulları supermarketlərdən almaq təhlükəli ola bilər

Çinli “WeChat” blogeri supermarketlərdən alınması təhlükəli olan məhsulları sadalayıb.

“İzvestiya” nəşrinin məlumatına görə, çinli bloger ilk növbədə çəkilmiş ət məhsullarının adını qeyd edib. Onun sözlərinə görə, marketlərdəki belə məhsulları bir qayda olaraq köhnə və keyfiyyətsiz xammaldan hazırlayır, qarışığa çoxlu miqdarda piy əlavə edirlər.  

Turşuları, duza qoyulmuş tərəvəzləri də supermarketlərdən almağa dəyməz. Onların istehsalında da, adətən köhnə xammaldan istifadə olunur. Turşular açıq konteynerlərdə satılır və ətrafda gəzən alıcılardan onların üzərinə bakteriyalar düşür. 

Toyuq-qril həmçinin təcili satılmalı olan köhnə məhsullardan hazırlanır.

Doğranmış meyvələr isə əksər hallarda çürük xammaldan əldə olunur. Sadəcə meyvələrin xarab olmuş hissələri kəsilərək atılır, saf hissəsi isə doğranaraq qablaşdırılır.

Blogerin fikrincə, supermarketlərdən balıq və ədviyyat almaq da məsləhət deyil. Belə ki, həmin məhsullar da, bir qayda olaraq, köhnə olur. Sadəcə, köhnə balıqlar dondurulur, ədviyyat isə yenisilə qarışdırılır. (oxu.az)

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …