Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Tibb / Bu məhsullar ürək xəstəlikləri riskini azaldır

Bu məhsullar ürək xəstəlikləri riskini azaldır

Paxlalıların istifadəsi müxtəlif ürək-damar xəstəliklərinin yaranmasının qarşısını almağa kömək edir.

“MedicalXpress”in verdiyi məlumata əsasən, bu nəticəyə Amerika Həkimlər Komitəsinin ekspertləri gəliblər.

Mütəxəssislərin sözlərinə görə, rasiona lobya, mərcimək və noxud daxil edilməsi infarkt və insult riskini on faiz azaldır. Məsələ ondadır ki, bu bitkilərin tərkibində çoxlu miqdarda sellüloza, zülal və digər mikroelementlər var.

Eyni zamanda, paxlalıların tərkibində yağ az olur, aşağı qlikemik indeksə malikdir  və tərkibində xolesterin olmur.

Tədqiqatçılar qeyd edirlər ki, pəhrizə paxlalıların əlavə edilməsi qan təzyiqinin də azalmasına kömək edə bilər. oxu.az

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …