Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Tibb / “Bu məhsullar orqanizm üçün təhlükəlidir, onları almayın” – Professor

“Bu məhsullar orqanizm üçün təhlükəlidir, onları almayın” – Professor

“İstəlinən kənd təsərrüfatı məhsulunun tərkibində çürümə prosesi başlayıbsa, həmin ərzaqdan qida məqsədi ilə istifadə etmək yolverilməzdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. 

Professor qida kimi istifadə olunan ərzaq məhsullarının yeni olmasının vacibliyini vurğulayıb:

“Pomidor, kartof, lobya, meyvə və digər ərzaq məhsullarının saxlanma müddəti var. Müəyyən müddətdən sonra məhsulların tərkibi dəyişir, yeyilmək üçün yararsız hala düşür. Bəzi məhsullar var ki, öz keyfiyyətini uzun müddət itirmir. Onlar başqa konservə olunmuş ərzaq vasitələri kimi istifadə oluna bilər. Məsələn, pomidordan tomat və s. hazırlana bilər”. 

Adil Qeybulla bildirib ki, əgər ərzaq məhsulunun tərkibində çürümə başlayıbsa, onların tərkibində aflatoksinlər yer alıbsa, həmin məhsullar təhlükəlidir və məhv edilməlidir:

“Onlar ərzaq kimi istifadə oluna bilməz, orqanizm üçün təhlükəlidir”. 

Həmçinin oxuyun

Azərbaycanda tanınmış həkim sevgilisi ilə birlikdə həyat yoldaşını DÖYDÜ 

Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb. Azinforum.a “Unikal”a istinadla bildirir ki, …