Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Tibb / “Bu klinikada dərəbəylikdi, “çağrı mərkəzi” də məzuniyyətdədir” – TƏFƏRRÜAT

“Bu klinikada dərəbəylikdi, “çağrı mərkəzi” də məzuniyyətdədir” – TƏFƏRRÜAT

Azinforum.az xəbər verir ki, tanınmış jurnalist Məhəmmədəli Qəribli “Caspian İnternational Hospital”ın fəaliyyətilə bağlı maraqlı məlumat paylaşıb:  “Bir neçə gündür ki, bu klinikanın çağrı mərkəzi işləmir. Heç bir telefona cavab vermirlər. 
Səbəbini bununla izah edirlər: ” Çağrı Mərkəzimizdə işləyən xanım məzuniyyətə çıxıb”. Siz bu klinikanın sosial məsuliyyət dərkinə bir baxın. 
Pul gələn yeri bir saat da  olsun boş qoymazlar. Klinikada pul toplayan kimsə, ölsə belə, meyiti basdırılmamış tapıb yerinə birini qoyarlar ki, amandı birdən kəsirləri gələr. 
Görün, vətəndaşlara xidmət göstərən sahəyə isə necə  barmaqarası yanaşırlar.  Lap Təhsil Nazirliyinin Mətbuat Xidməti Cəsarət Valehovun medianın başına gətirdiyi hadisəyə oxşadı. 
Adam gedib ABŞ-da hansısa kursda 9 aylıq təhsil aldı, həmin müddətdə hansı jurnalist Nazirliyə zəng vurub münasibət öyrənmək istədisə: ” Cəsarət müəllim ABŞ-dadı”- cavabını aldılar.

Həmçinin oxuyun

Tualetə əsla telefonla girməyin: Bu xəstəliyə səbəb olur – VİDEO

Müasir dövrdə demək olar ki, hər kəs telefondan asılı bir vəziyyətə düşüb. Hətta bir çoxlarımız …