Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Tibb / Boğazdakı bu ağrılar xərçəngin əlaməti ola bilər – Diqqət

Boğazdakı bu ağrılar xərçəngin əlaməti ola bilər – Diqqət

Ekseter Universitetinin ekspertləri təsdiq edib ki, əgər bir insanda qrip, angina, soyuqdəymə yoxdursa, amma boğazı ağrıyırsa, o zaman daha ağır xəstəlikdən şübhələnmək olar.

Azinforum.az medicina.az-a istinadən bildirir ki, qırtlaq, udlaq xərçənginin elə ilkin əlaməti ağrı olur və həkimlər bunu vaxtında düzgün qiymətləndirmir.
80% hallarda kişilərdə yaranan qırtlaq xərçəngi siqaret və içkidən qaynaqlanır.

Həmin universitetdə 800 pasiyent arasında aparılan tədqiqatda  məlum olub ki, qulaqlarda ağrı, təngnəfəslik, qida və su içərkən udmada çətinlik 5% onkoloji xəstəlik riski deməkdir. Səsdə dəyişiklik, xırıltı isə 2,5 faiz riskdir.

Pofessor Villi Hamilton bildirir ki, onkoloqlardan simptomlar kombinasiyasını diaqnostikada nəzərə almaq üçün yeni yanaşma tələb olunur. Əvvəllər ciddiyə almadığımız simptomlar əslində ciddi həyəcan siqnalı ola bilər”.

Həmçinin oxuyun

Məktəbli çantasının ağırlığı nə qədər olmalıdır? – Həkimdən ÇAĞIRIŞ

Uşaqların 30-50 faizində bel ağrısı problemlərinə rast gəlinir. Bunun ən əsas səbəblərindən biri ağır məktəbli …