Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Tibb / “Bir xəstə gündə 42 nəfəri yoluxdura bilir“ – Professor həyəcan təbili çalır

“Bir xəstə gündə 42 nəfəri yoluxdura bilir“ – Professor həyəcan təbili çalır

“Küçədə heç kimlə görüşməyin, insanlarla canlı ünsiyyətdən yayının. Türkiyədə koronavirus qurbanlarının sayı 30 nəfərə çatıb. Qarşıda bizi daha çətin günlər gözləyir. Koronavirus infeksiyasına yoluxan xəstələrin səhhəti qarşıdakı günlərdə daha da ağırlaşacaq”.

Bunu Türkiyənin Habertürk televiziyasının qonağı olan professor Alpay Azap açıqlayıb. Koronavirusla mübarizə məqsədilə yeni yaradılmış dövlət komissiyasının üzvü olan Azap bildirib ki, onların insanları “ev dustağı” etmək kimi bir niyyətləri yoxdur: “Sosial təcrid yeganə çıxış yoludur. Bir viruslu xəstə 15 gün ərzində 625 nəfəri virusa yoluxdura bilir. Bu isə o deməkdir ki, bir nəfər gündə 41-42 nəfəri xəstələndirə bilər. Buna görə də insanlara evdə qalmağı tövsiyə edirik”.

Professor koronavirus infeksiyasının 3 saat havada qalmasıyla bağlı iddialara da münasibət bildirib. Qeyd edib ki, deyilənlərin heç bir elmi əsası yoxdur: “Virus havada qalmır, onun daşıyıcısı olan şəxs iki metr məsafə qət etməmiş torpağa düşür. Amma reanimasiyada olan xəstələrdən yayılan virus ən azı 3 saat havada qala bilir. Buna görə də onlar cəmiyyətdən təcrid olunaraq, reanimasiyada saxlanılır”.

Alpay Azap onu da deyib ki, insanlar sosial izoliyasiya tədbirlərinə soyuq yanaşsalar, koronavirus infeksiyasına yoluxma kütləvi xarakter alacaq: “Türkiyədə fəaliyyət göstərən səhiyyə ocaqlarında kütləvi yoluxmayan məruz qalmış xəstələrin hamısını müalicə etməyə şərait yoxdur”.

Həmçinin oxuyun

Leykemiyanın aşkar olunmayan əlamətləri

Qan xərçəngindən əziyyət çəkən pasiyentlərdə bir çoxu aşkar edilməyən bəzi simptomlar ortaya çıxa bilər. Bu …